Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 
Nəzarət məntəqəsi (NM)



    Nəhayət, meşədə nəzarət məntəqəsini tapdığınızı xəritədə çəkilən dairənin mərkəzinə çatdığınızı necə bilərsiniz? 

Hər şey çox sadədir. Sahədə siz qırmızılı-ağlı üçbucaq prizma görəcəksiniz. Məntəqənin üstündə üzərində komposter və ya elektron stansiyası bərkidilmiş planka vardır. Üstündə eyni vaxtda məntəqənin nömrəsi qeyd edilir. Xəritə və ya əfsanə ilə müəyyən etməlisiniz ki, bu aradığınız məntəqədir və yalnız bundan sonra bir işarə edə bilərsiniz. Nömrəni yoxlamaqda təmbəllik etməyin, qənaət etdiyiniz saniyə sizə baha başa gələ bilər. Əgər siz təsadüfən öz NM üzərinə özgənin NM-də işarə qoysanız sizin nəticələr sayılmayacaq.

Nəzarət məntəqəsində qeyd

    Bir neçə il əvvəl NM-də qeyd üçün öz iynələri ilə əfsanə kartının və ya xəritənin küncündə müəyyən rəsm qoyan komposter istifadə olunurdu. Hər NM-də komposterin rəsmi fərqlidir, o finişdə hakimlərə sizin öz məsafənizin bütün məntəqələrini düzgün qeyd etdiyinizi idarə etməyə imkan yaradır.

     Lakin, hal-hazırda artıq hər yerdə elektron nişanlı sisitem istifadə olunur. İdmançının barmağına xüsusi çip – Sİ-kart taxılır və bu kartı o hər NM-də Sİ stansiyasının içinə daxil edir. 
    Stansiyaya siqnal verir və qırmızı işıqla yanıb-sönür. Bu işarənin uğurlu olduğunu bildirir. Elektron işarəni istifadə edərkən siz finişdə hər NM-ni keçərkən sərf etdiyiniz vaxt haqda məlumat ala bilərsiniz. 



  
 

SMEİF