Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Dağçılıq İdman Klubunun Açıq Çempionatı keçirildi

 

      Noyabr ayının 20-si Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilati dəstəyi ilə Quba rayonunun Amsar meşə zolağında səmti müəyyənetmə üzrə Dağçılıq İdman Klubunun növbəti açıq çempionatı keçirilib. Qarlı havada 100-ə yaxın idmançı "Elit" və "Open" kateqoriyaları üzrə mübarizə apardılar.

 

      "Elit" kateqoriyasında gərgin keçən mübarizdə kişilər arasında Süleyman Əliyev (Synergy OC) 4.7 km məsafədə bütün rəqiblərini qabaqlayaraq yerləşdirilmiş 15 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə birinci çatmışdır. Dağçılıq İdman Klubunun idmançısı Dmitriy Şiyanov ikinci, Vladislav Tuzov (Neftçi İK) isə üçüncü olmuşdur.

 

      Bu kateqoriya üzrə qadınlar arasında Olqa Maşkova (Dağçılıq İdman Klubu) bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olmuşdur. Qalibdən bir neçə dəqiqə geri qalan Fidan Mursaqulova və Anastasiya Lyalyakina isə müvafiq olaraq gümüş və bürünc medallar qazanmışlar.

 

      "Open" kateqoriyasında isə kişilər arasında Vasiliy Trubnikov birinci olmuşdur. Roman Marşlok finiş xəttinə ikinci, Artyom Litvak üçüncü çatmışdır.

Qadınlar arasında isə Anna Litvak verilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd olunmaqla fəxri kürsünün ən yüksək zirvəsinə yüksəlmişdir.

 

       Sonda qalib gələn idmançılara klubun diplomu və medal təqdim olunmuşdur.

 

SMEİF