Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

     Keçirilmiş təlim-məşq toplanışında iştirakçılara həm fiziki, həm də xəritə üzrə tapşırıqlar verilmişdir


     May ayının 26-sı Bakı şəhərinin Binəqədi rayonunun "Avtovağzal” adlanan ərazisinin yaxınlığında Federasiyanın Rəyasət heyəti tərəfindən təlim-məşq toplanışı  təşkil edilmişdir. Ukraynanın Azərbaycandakı Səfiri, Federasiyanın Fəxri üzvü Aleksandr Mişenkonun başçılığı ilə keçirilən təlim-məşq toplanışında 30-a yaxın idmançı iştirak etmişdir.

     

    Ukraynalı mütəxəsis Mixail Puqaç tərəfindən çəkilmiş yeni xəritə üzrə həyata keçirilmiş təlimdə həm "Elit”, həm də "Open Junior” qrupları üzrə qaçışlar baş tutmuşdur. Təxminən 3 saatadək davam edən təlim-məşq toplanışı iştirakçılarına həm fiziki, həm də xəritə üzrə müxtəlif tapşırıqlar verilmişdir.  

    

    Onu da qeyd edək ki, təlim-məşq toplanışına səmti müəyyən etmə idman növü ilə yenicə maraqlanmağa başlayan idmançılar da qatılmışdır.  (foto arxiv)


 

SMEİF