Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

   Kompas             

Kompas - səmti  müəyyən edənin ən yaxşı dostudur.


Səmti  müəyyən etmə incəsənətini öyrənmək istəyənlər arasında belə fikir vardır ki, kompasla işləməyi bacarmaq səmti  müəyyən etmədə ən çətin işdir. 

Bu fikir yalnışdır, çünki kompasla düzgün rəftar etmək prinsiplərini qavramaq üçün yalnız bir neçə  sadə qaydaları bilmək lazımdır.

 

Kompas səmti  müəyyən edənə nə üçün lazımdır?

 

. xəritəni şimala düzgün istiqamətləndirmək üçün

. azimutla qaçmaq üçün

 

Xəritəni necə düzgün istiqamətləndirməli?


Bu yəqin ki, kompası işlətməkdə ən sadə və vacib məqsəddir

. xəritəni horizontal şəkildə götürün

. onun üzərinə kompası qoyun

. xəritədəki şimala göstərən əqrəbləri ilə kompasdakı əqrəblər üst-üstə düşənədək xəritəni firladın

Belə şəkildə xəritə yer ilə səmtləşməlidir. Bu halda xəritəni oxumaq daha asan olur necəki kitabı əlinizdə düzgün şəkildə tutduğunuz zaman.

 

Azimutla necə düzgün hərəkət etməli?

 

Hər bir hərəkət istiqaməti şimala olan bir künc kimi izah oluna bilər. Və bu künc altında olan istiqamət azimut adlandırılır. 

Platformalı səmtləşmə kompasını istifadə edərək azimutu saxlamaq asandı. Aşağıdakılar sadə məsləhətlərdir:


. platformanın horizontal tərəfi yolunuzun ilk və sonuncu nöqtələrini birləşdirmək şərti ilə kompası xəritənin üzərində yerləşdirin

. kolbanın üzərindəki qırmızı xətlər xəritənin üzərindəki meridianlarla paralel olana qədər kompasın kolbasını fırladın

. kompası xəritənin üzərindən götürün və horizontal platformanın sizə tərəf istiqamətlənmiş şəkildə saxlayın

. əqrəbin şimala tərəf olan axırı kompasın kolbasının üzərində olan ikili xətlərinin arasında olanadək öz dövrənizdə fırlanın

. qabaqda uzaq bir səmt seçin və ona  tərəf hərəkət edin sonra hər şeyi yenidən təkrarlayın.

 

Kompas nə dərəcədə lazımlıdır?

 

Yolun seçilməsi üçün ən əsas  "alət”  insan beynidir. Və istifadə etməyə icazə olunan daha bir alət kompasdır. Artıq deyildiyi kimi o xəritənin şimala düzgün istiqamətləndirilməsi və azimutla hərəkət etmək üçün lazımdır. Lakin belə hallar da olur ki, məsafədə hərəkət etmək olduqca asan olur və kompasa ehtiyac qalmır.

 

 

SMEİF