Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Türkiyədə Xocalı faciəsinin anım mərasimi keçirilmişdir

      Türkiyədə keçirilən səmti müəyyən etmə üzrə "Antalya O Days” turnirinə qatılan Azərbaycan idmançılarının iştirakı ilə yarış mərkəzində Federasiyanın prezidenti Mirəli Kazımovun başçılığı altında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş  anım mərasimi keçirilmişdir. Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

      Daha sonra tədbiri giriş sözü ilə açan federasiya prezidenti Mirəli Kazımov  Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi barədə geniş məlumat vermişdir. Eləcə də tədbirdə çıxış edən Federasiya şurasının üzvü Xəyyam Məmmədov Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırım aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulamışdır.

      Tədbirdən sonra Xocalı faciəsi barəsində məlumat verən kitablar, disklər və məlumat bukletləri "Antalya O Days” turnirinə qatılan xarici idmançılara və federasiya rəsmilərinə təqdim edilmişdir.

 

SMEİF