Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

SMEF prezidenti İOF-un Baş Assambleyasında çıxış etmişdir

 

      Dünya Çempionatı çərçivəsində iyul ayının 10-u İtaliyanın Lavarone şəhərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının Baş Assambleyası keçirilmişdir. Assambleyaya İOF-a üzv olan bütün ölkələrin federasiya prezidentləri qatılmışdır. İclasın əsas məqsədlərindən biri İOF-un növbəti iki ili üçün Prezidentinin və İOF Şurasının yeni tərkibinin seçilməsindən ibarət idi.

 

       İclası giriş sözü ilə İOF-un Prezidenti Brayn Porteos açaraq iclas iştirakçılarını salamlamış, 31-ci Dünya Çempionatının müvəffəqiyyətlə təşkil olunduğuna görə hər kəsə öz təbriklərini çatdırmışdır. Öz çıxışında B.Porteos 2013-cü ilin yekunları barədə ətraflı danışaraq Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının bu müddət ərazində səmti müəyyən etmənin ölkəmizdə daha da geniş yayılması və inkişafına istiqamətləndirilmiş tədbir və layihələri yüksək dəyərləndirmiş, bu fəal inkişaf prosesinin gələcəkdə də davam etdiriləcəyinə ümüd etdiyini bildirmişdir.

 

      Daha sonra B.Porteos İOF Şurasının Azərbaycan SMEF –in İOF-un tam üzvü olaraq seçilməsi barədə qərar qəbul etdiyini qeyd etmiş və sözü Azərbaycan SMEF-in Prezidenti Mirəli Kazımova vermişdir. M.Kazımov öz çıxışında bütün iclas iştirakçılarını salamlamış, Azərbaycan səmti müəyyən etmə idmanına ayrılan diqqətə görə B.Porteosa təşəkkürünü bildirmişdir. Eləcə də Federasiya Prezidenti dövlətimizinin bütün sahələrə olduğu kimi idmana da ayırdığı diqqət və qayğı sayəsində bu idman növünün gələcəkdə Azərbaycanda daha da fəal inkişaf edəcəyini vurğulamışdır. M.Kazımov 2015-ci ildə Azərbaycanda keçirilən İlk Avropa Olimpiya Oyunlarına hər kəsi dəvət etmiş, Azərbaycanın qonaqpərvərliyi və zəngin mədəniyyəti ilə tanış olmağa çağırmışdır

.

      Sonda iclasda növbəti illərdə keçiriləcək beynəlxalq səviyyəli idman tədbirlərinin təşkilati məsələləri müzakirə olunmuş, buna dair müvafiq qərarlar qəbul olunmuşdur. (foto arxiv)

 

SMEİF