Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

“Istanbul 5 Days” turnirində idmançılarımız uğur qazanıb

 

      Noyabr ayının 1-6-sı tarixlərində səmti müəyyən etmə idman növü üzrə Türkiyədə təşkil edilmiş “Istanbul 5 Days” turnirinə yekun vurulmuşdur. Qeyd olunan turnir Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.

 

Belə ki, uzun, orta, klassik və sprint məsafələri üzrə 5 günün ümumi nəticəsinə görə “W35” kateqoriyasında çıxış edən Rəna Abaszadə (XDMX) və “W Open” kateqoriyasında çıxış edən Günay Həmdullayeva qızıl medal qazanmışlar.

 

      “W21A” kateqoriyasında çıxış edən Dağçılıq İdman Klubunun yetirməsi Nataliya Şiyanova ölkəmizə gümüş, “M40” kateqoriyasında çıxış edən Xəyyam Məmmədov (XDMX) isə bürünc medal qazandırmışdır.

 

      Digər idmançılarımıza gəldikdə isə, 5 günün ümumi nəticəsinə görə “M21A” kateqoriyasında çıxış edən Süleyman Əliyev (Synergy OC) 4-cü, Sergey Telegin (Dağçılıq İdman Klubu) 11-ci, “W21A” kateqoriyasında çıxış edən Nadejda Manuilova və Anastasiya Lyalyakina (hər ikisi Dağçılıq İdman Klubu) isə müvafiq olaraq 8-ci və 9-cu yerləri tutmuşlar.

 

      Məlumat üçün nəzərinizə çatdıraq ki, qazanılmış 2 qızıl medal səmti müəyyənetmə üzrə beynəlxalq yarışlarda ölkəmizin qazandığı ilk qızıl medallar kimi tarixə düşdü. Bundan öncə 2014-2015-ci illərdə ölkəmizə beynəlxalq yarışda gümüş və bürünc medalları “Antalya O Days” turnirinə qatılmış Xəyyam Məmmədov qazanmışdır.

 

      “Istanbul 5 Days” turnirində göstərdikləri əzmkar mübarizəyə görə federasiya adından bütün idmançılarımızı ürəkdən təbrik edirik.

 

SMEİF