Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Azərbaycanlı idmançılar “Istanbul 5 days” turnirində

 

      Oktyabr ayının 27-31 tarixləri arasında Türkiyənin İstanbul şəhərində səmti müəyyən etmə idman növü üzrə ənənə halını almış beynəlxalq “Istanbul 5 days” yarışı keçiriləcəkdir. Sözügedən yarışda iştirak etmək üçün federasiyamızın idarə heyətinin üzvü Xəyyam Məmmədovun başçılığı altında milli komandanın üzvləri Şəhriyar İsmayılov (Neftçi İK), Süleyman Əliyev (Synergy OC) və həvəskar idmançı Günay Həmdullayeva (Bakı Azimutu) bu gün Türkiyəyə yola düşmüşlər.

 

      Digər 3 idmançımız Sergey Telegin, Nataliya Şiyanova və Anastasiya Lyalyakina (hər üçü Dağçılıq İK) qeyd olunan yarışda iştirak etmək üçün oktyabr ayının 27-si Türkiyəyə yollanacaqlar.

 

      Orta, uzun və super sprint üzrə keçiriləcək yarışda idmançılarımızdan Xəyyam Məmmədov “M40”, Şəhriyar Süleymanov, Süleyman Əliyev və Sergey Telegin “M21A”, Günay Həmdullayeva “W21B”, Nataliya Şiyanova və Anastasiya Lyalyakina isə “W21A” kateqoriyaları üzrə mübarizə aparacaqlar. Keçiriləcək yarışda hər bir idmançımıza uğurlar arzılayırıq.

 

SMEİF