Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Federasiya diplomla təltif olundu

      Dekabr ayının 23-ü Beynəlxalq Muğam Mərkəzində "İRƏLİ" İctimai Birliyinin 7 il münasibəti ilə 2014-2015-ci illər üzrə fəaliyyətinin hesabatının ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbiri təşkil edilmişdir. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatları, idman federasiyaları və media mənsubları iştirak etmişlər.

 

      Qeyd olunan tədbirdə, Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası ölkəmizdə aparılan dövlət gənclər siyasətinin inkişafı və gənclərin ictimai-siyasi proseslərdə iştirakı sahəsində "İrəli" İctimai Birliyi ilə 2015-ci ildəki sıx əməkdaşlığına və göstərdiyi dəstəyə görə xüsusi diplomla təltif edilmişdir.

 

      Məlumat üçün nəzərinizə çatdıraq ki, cari ilin avqust ayında "İRƏLİ" İctimai Birliyi tərəfindən təşkil olunan SAY:Green layihəsi çərçivəsində federasiyanın təşkilatçılığı ilə 5 gün ərzində gənclərə səmti müəyyən etmə üzrə nəzəri, praktiki təlimlər keçirilmiş və eləcə də yarış təşkil edilmişdir.

 

SMEİF