Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Gənclər səmti müəyyən etdilər

Avqust ayının 4-9 tarixlərində “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirilməsi məqsədilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında təşkil etdiyi “Green” layihəsi başa çatmışıdr.

Belə ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulmuş yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirmiş və eyni zamanda təşkil olunmuş səmti müəyyən etmə, dağa dırmanma və sairə idman növləri üzrə yarışlarda özlərini sınamışlar.

Bu möhtəşəm layihə çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən düşərgə iştirakçıları üçün səmti müəyyən etmə idman növü üzrə təlimlər təşkil olunmuşdur.

Proqrama uyğun olaraq səmti müəyyən etmə üzrə milli komandanın üzvü, eləcə də sonuncu respublika çempionu Şəhriyar İsmayılovun  başçılığı altında 3 gün davam edən səmti müəyyən etmə üzrə nəzəri və praktiki təlimlərin ardından gənclər arasında yarış təşkil olunmuşdur. Gənclər verilmiş məsafə üzrə kompas və xəritədən istifadə edərək nəzarət məntəqələrini taparaq finiş xəttinə daha tez çatmaqla komanda hesablarına müvafiq xallar qazandırmışlar.

Sonda onu da qeyd edək ki, düşərgədə 100-ə yaxın gənc iştirak etmişdir.

 

SMEİF