Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

İlin yekunları ilə bağlı iclas keçirilmişdir


26 noyabr 2013-cü il tarixində Federasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda SMEİF-in 2013-cü il üzrə gördüyü işlərin (tədbirlərin, yarışların) nəticələri, 2014-cü ilə dair tədbirlər planına uyğun olaraq görüləcək işlər, Ukraynalı mütəxəssis A.Puqaç tərəfindən Azərbaycanın yeni regionlarının (Qusar, Quba, Xaçmaz, Lənkəran, Şəki, Qax rayonları) xəritələrinin hazırlanması üzrə işlərin ardıcıllığına dair təkliflərin hazırlanması məsələləri müzakirə edilmişdir.


Eləcə də iclasda 2014-cü ilin tədbirlər planına uyğun olaraq beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın tərkibinin müəyyənləşdirilməsi, orta və ali təhsil müəssisələrində  seminarların keçirilməsi ilə səmti müəyyən etmə idman növünün təbliğatına dair işlərin bərpa olunması istiqamətində geniş müzakirələr aparılmış və bununla bağlı Federasiya Şurasının üzvlərinə müvafiq tapşırıqlar verilmişdir.


Sonda isə Federasiya Şurası tərəfindən 2014-cü ilin aprel ayında Odessada, may ayında isə Sevastopolda (Krım MR, Ukrayna) Ukrayna ilə birgə 416-cı Taqanroq və 77-ci Sevastopol atıcı diviziyaları tərəfindən Odessa və Sevastopol şəhərlərinin azad olunmasının 70-ci ildönümünə həsr olunmuş yarışların keçirilməsinə dair layihənin həyata keçirilməsi üzrə SMEİF qarşısında duran tapşırıqlar müzakirə olunmuşdur

 

SMEİF