Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
ARSMEİF Şurasının iclası keçirilib


Azərbaycan Respublikası SMEİF Şurasının 14 sentyabr 2013-cü il tarixində növbət iclası keçirilmişdir. İclasda bu ilin iyul ayında Finlandiyada keçirilmiş və ilk dəfə olaraq Azərbaycan idmançılarının da iştirak etdiyi 30-cu dünya çempionatında idmançılarımızın çıxışı və eləcə də qarşıdakı aylarda keçirilməsi nəzərdə tutulan Açıq Respublika Çempionatının hazırlıqları müzakirə edilmişdir. 


Dünya çempionatı ilə bağlı çıxış edən federasiyanın vitse-prezidenti eləcə də milli komandanın baş məşqçisi Nizami Mursaqulov keçirilmiş dünya çempionatı barədə iclas iştirakçılarına məlumat verməklə yanaşı idmançılarımızın da həmin yarışda çıxışları barəsində qeyd etmişdir.


İclasda qarşıdakı aylarda keçirilməsi nəzərdə tutulan Açıq Respublika Çempionatının təşkili və keçirilməsi  üzrə işlərin və vəzifələrin bölgüsünün müzakirəsi aparılmış və federasiya prezidenti Mirəli Kazımov tərəfindən SMEİF Şurasının üzvlərinə müvafiq tapşırıqlar verilmişdir. 

 

SMEİF