Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

İnformasiya bülleteni

 

(Səmti müəyyən etmə idmanı üzrə keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Açıq Kubok yarışının Əsasnaməsinə əlavə)

 

Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının Nümayəndəsi Tatyana Kalendaroğlunun bu yarışda fəxri qonaq qismində iştirakı Səmti müəyyən etmə idmanı üzrə keçirilən Azərbaycan xalqının 

Ümummilli Lideri Heydər Əliyev adına Açıq Kubok yarışının əsas xüsusiyyətidir.

Yarışın təşkilatçıları:

 

Baş hakimEtibar Məmmədov (Azərbaycan) (tel.: 055 590 19 68)


Baş katib - Qafarova Şəfəq (Azərbaycan) ( tel.: 050 381 20 15)


Baş katibin texniki-komputer təminatı üzrə müavinləri - Seyidov Zaur(Azərbaycan)

(tel.:055 665 75 20); Ağayev Nizami(Azərbaycan)  ( tel.: 050 321 90 30)

Məsafəni təyin etmə və quruluş, eləcə də electron qeyd olunma üzrə beynəlxalq hakimlər briqadasıMixail Puqaç (Ukrayna), Aleksandr Tempoltsev (Russiya), Hakan Coşkun Firat (Türkiyə)

Baş katibin maddi-texniki və yarışın düşərgəsi üzrə müavin - Hidayət Mursaqulov (Azərbaycan)

( tel.: 050 363 79 36)

Yarişda iştirak etmək üçün əlaqə: Qafarova Şəfəq ( tel.: 050 381 20 15),

Hidayət Mursaqulov ( tel.: 050 363 79 36), Seyidov Zaur  ( tel.:055 665 75 20) .

 

Yarışların keçirilmə müddəti:

 

19 oktyabr 2012-ci il ( cümə ) - iştirakçıların yarışa gəlməsi, onlarin yerləşdirilməsi və qeydiyyatı (saat 18:00dək);

19.00 - mandat komissiyasından keçirilməsi və öncədən püşkatma.

 

20 oktyabr 2012-ci il ( şənbə )

10.15 - yarışın təntənəli açılışı;

11.00 - uzun məsafədə şəxsi-komanda yarışlarının startı ( nəzarət zamanı 4 saat )

17:00 – 10 – 12 yaşa qədər uşaqlar üçün 500 metrlik kross üzrə "funny cross” yarışı. İştirak etmək istəyənlərin qeydiyyatı yerindəcə ("Xəzər” turbazasında) saat 16:30-da keçirilir.

18:30 - komanda nümayəndələrinin müşavirəsi;

19.00 - "ocaq başında” DJ Chinanın iştirakı ilə təşkil olunmuş diskotekada  idmançıların və səmti müəyyən etmə idman növünün həvəskarlarının dostluq görüşü.

 

21 oktyabr 2012-ci il ( bazar günü )

10.00 - qısa məsafədə şəxsi-komanda yarışlarının startı ( nəzarət zamanı 2 saat );

13:30 ( təxminən ) - tək-tək və komanda formasında yarış iştirakçılarının mükafatlandırma mərasimi

( 2 günün hesabatı nəticəsində ) ;

Yarışın təntənəli baglanış mərasimi, yarış iştirakçılarının yola salınması. 

Yarışın keçirildiyi məkan:

Yalama qəsəbəsindən "Xəzər” turbazasından Xaçmaz rayonuna gedən xəttin sol tərəfindəki meşə massivi ( əldə olan sxemə əsasən).Yarış düşərgəsi "Xəzər” turbazasında yerləşir.

 

 

Yarış iştirakçıları:

Yarış şəxsi-komanda formasındadır. Komandalar 6 nəfərdən ibarətdir ( 2 kişi, 2 qadın, 1 komanda nümayəndəsi və 1 məşqçi ).Komanda hesabı 2 kişi və 1 qadın – komanda üzvlərinin göstərdiyi ən yaxşı nəticələr əsasında müəyyən edilir.

Şəxsi nümayəndəlik birinciliyi:

Yarışmanın birinci və ikinci günündə verilən xəritədə əks olunmuş start vaxtından finiş vaxtına qədər olan məsafəni daha az bir vaxt ərzində qət edən yarış iştirakçıları arasından seçilir.

I , II və III yerləri tutan hər bir şəxs ayrılıqda medal və diplomlar ilə mükafatlandırılır. I yerin qalibləri isə əlavə olaraq dəyərli hədiyyələr də alacaqlar.

Komanda birinciliyi:

Ən yaxşi komanda iki günün ümumi nəticələrinə əsasən ( 2 kişi və 1 qadin  hesabı ilə ) Gənclər və İdman Nazirliyi tərəfindən kubok ilə mükafatlandırılacaq, komanda heyəti isə medal və diplomlar ilə.

İkinci və üçüncü yerin sahibləri ( 2 kişi və 1 qadın hesabi ilə ) Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlar ilə təltif olunacaqlar.

Qaliblər həmçinin şəxsi və komanda hesabı ilə digər dəyərli hədiyyələr də alacaqlar.

Yarışma xəritəsi:

« Turbazası Xəzər ». Miqyas  (m) = 1:10 000 (1 sm = 100 metr), h (bölmə boyu) = 2,5 metr.

Xəritə çəkilib – oktyabr 2011-ci ildə, (Oktay Rzayev -Azərbaycan,  tərəfindən təqdim edilmiş xəritə material əsasında Mixail Puqaç – Ukrayna, tərəfindən).

Xəritənin ərazisində hər dörd tərəfdən çıxması qəti qadağan olan yerlər tm dəqiqlik ilə əks olunub. Xüsusi ilə:

- şimalda – Xəzər dənizin sahili;

- şərqdə və cənub şərqdə - Yalama qəsəbəsindən dəniz sahilindəki "Xəzər” turbazasına asfaltlanmış yol;

- cənubda və cənub – qərbdə - aydın, hamar meşə yolu;

- qərbdə və şimal – qərbdə - aydın olmayan meşə yolu. Həmin yolda AR Sərhəd qoşunları tərəfindən patrul çəkmə təşkil olunacaqdır.

- şimal-şərqdə – Şimali qəsəbə və onun arxasında Xəzər dənizi;

Ümumiyyətlə, meşə yaşıl ağaclardan, bəzi yerləri çətin keçilən, xırda sahələri ilə dolu, bağliərazilərindən ibarətdir.

Kiçik çuxurlar, təpələr, quru xəndəklər və böyük olmayan vadilərdən ibarət relyefi, meşə yolları və cığırları yüksək inkişaf etmiş; bir sıraəmmalar və kötüklərə də rast gəlinir.

İçtirakçılar üçün məsləhət görülən geyim- qapali ( böyürtkən kolları və digər tikanlı kolluqları nəzərə alaraq, hansılardan ki qorunmaq lazımdır) .

Xəritə bütün uzunluğu ilə düz, geniş,yaxşı keçilə bilən meşə yolu ilə kəsişir.

Məsafə seçimləri:

Birinci gün: 20.10.2012 kişilər üçün məsafə 7,35 km-ə qədər (12 yoxlama məntəqələri ).

Nəzarət vaxtı: 4 saat.

Qadınlar üçün - 4,73 km (10 yoxlama məntəqələri ).

Nəzarət vaxtı: 4 saat.

 

İkinci gün: 21.10.2012 kişilər üçün qısa məsafə 4,63 km-ə qədər (13 yoxlama məntəqələri).

Nəzarət vaxtı: 2 saat.

Qadınlar üçün – 3,45 км (10 yoxlama məntəqələri ).

Nəzarət vaxtı: 2 saat.

Yoxlama məntəqələrində qeydə alınma

            Azərbaycanda ilk dəfə olaraq iştirakçıların yoxlama məntəqələrində qeyd edilməsi üçün electron qeydə alınma sistemi tətbiq olunacaqdır. Startdan öncə komanda nümayəndələri və fərdi olaraq hər iştirakçı hakimlər kollegiyasından electron çipi təhvil almalıdır.

            Yarış iştirakçıların diqqətinə! Elektron qeydə alınma sisteminin istifadə qaydaları ilə mütləq şəkildə tanış olmaq zəruridir (əlavə edilir)!

 

Yerləşdirmə:

 

Start/finiş ərazisində çadır şəhərciyi yerləşir, hardakı komandalar çadırlarda qala və özlərinə yemək də hazırlaya bilərlər.

Digər yerləşdirmə variantları:

- "Xəzər” turbazası ( sizə lazım olan məlumatı sıradakı nömrədən ala bilərsiniz: (055) 551 07 11 – Yaşar m. ) ;

-  "Ulduz” turbazası ( sizə lazım olan məlumatı sıradakı nömrədən ala bilərsiniz: (055) 669 83 95 – Atakişi m. )

- həmçinin yarış keçirilən yerin yaxınlığında yerləşən digər turizm bazasa və mehmanxanalar ilə bağlı sualları turizm firması "İmprotex”-ə ünvanlaya bilərlər ( tel.: (050) 335 60 25 – Oktay Rzayev ) .

 

Qidalanmaq yarış iştirakçıları tərəfindən və ya sifariş olunmuş turbazalar tərəfindən hazırlanir. Yarış təşkilatçıları "Çöl mətbəxi” ( çay, hərbi sıyıq) barəsində də danışıblar.

Nəzarət vaxtını keçən iştirakçılar yarışı dayandırmalı və start nöqtəsinə qayıtmalıdırlar. Qayıdanda hakim heyətinə və komanda nümayəndəsinə xəbər verilməlidir.

Qaçış iştirakçılarının hər biri həkimdən sağlamlıq haqqında icazə almalıdır.

 

Federasiya iştirak etmək istəyən hər bir kəsi Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq yeni xəritələr üzərində keçirilən və bütün beynəlxalq standartlara cavab verən Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyev adına Kubok yarışına dəvət edri.

 

 

Səmti Müəyyən Etmə - sağlam xalqın idmanıdır!

 

SMEİF