Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

22 sentyabr 2012-ci il əsasında


İnformasiya bülleteni

(Azərbaycanda Səmti Müəyyən Etmə İdman növünün açıq çempionat mövqesinə əlavə)


Yarışın təşkilatçıları:


Baş hakim - Mursaqulov Saridan ( tel.: 050 320 99 36)


Baş katib - Qafarova Şəfəq ( tel.: 050 381 20 15)


Baş katibin texniki-komputer üzrə müavinləri   


 - Seyidov Zaur (tel.:055 665 75 20) 

 - Ağayev Nizami ( tel.: 050 321 90 30)


Baş hakimin məsafəni təyin etmə və quruluş üzrə müavinləri 

- Etibar Məmmədov ( Azərbaycan ) 

- Mixail Puqaçev ( Ukrayna )


Baş katibin maddi-texniki və yarışın düşərgəsi üzrə müavin

- İdaət Mursaqulov ( tel.: 050 363 79 36)


Yarişda iştirak etmək üçün əlaqə: Qafarova Şəfəq ( tel.: 050 381 20 15), İdaət Mursaqulov ( tel.: 050 363 79 36), Seyidov Zaur  ( tel.:055 665 75 20) .


Yarışların keçirilmə müddəti:


28 sentyabr 2012-ci il ( cümə ) - iştirakçıların yarışa gəlməsi, onlarin yerləşdirilməsi və qeydiyyatı;

19.00 - mandat komissiyasından keçirilməsi və öncədən püşkatma. 

29 sentyabr 2012-ci il ( şənbə )

10.30 - yarışın təntənəli açılışı; 

11.00 - uzun məsafədə şəxsi-komanda yarışlarının startı ( nəzarət zamanı 4 saat )

18.30 - komanda nümayəndələrinin müşavirəsi;

19.00 - "ocaq başında” idmançıların və səmti müəyyən etmə idman növünün həvəskarlarının görüşü. 

30 sentyabr 2012-ci il ( bazar günü )

10.00 - qısa məsafədə şəxsi-komanda yarışlarının startı ( nəzarət zamanı 2 saat );

15.00 ( təxminən ) - tək-tək və komanda formasında yarış iştirakçılarının mükafatlandırma mərasimi

( 2 günün hesabatı nəticəsində ) ;

Yarışın təntənəli baglanış mərasimi, yarış iştirakçılarının yola salınması.  


Yarışın keçirildiyi məkan:

Yalama qəsəbəsindən "Xəzər” turbazasından Xaçmaz rayonuna gedən xəttin sag tərəfindəki meşə massivi ( əldə olan sxemə əsasən).


Yarış iştirakçıları:

Yarış şəxsi-komanda formasındadır. Komandalar 8 nəfərdən ibarətdir ( 4 kişi, 2 qadın, 1 komanda nümayəndəsi və 1 məşqçi ).


Şəxsi nümayəndəlik birinciliyi:

Yarışmanın birinci və ikinci günündə verilən xəritədə əks olunmuş start vaxtından finiş vaxtına qədər olan məsafəni daha az bir vaxt ərzində qət edən yarış iştirakçıları arasından seçilir.

I , II və III yerləri tutan hər bir şəxs ayrılıqda medal və diplomlar ilə mükafatlandırılır. I yerin qalibləri isə əlavə olaraq dəyərli hədiyyələr də alacaqlar.


Komanda birinciliyi:

Ən yaxşi komanda iki günün ümumi nəticələrinə əsasən ( 3 kişi və 1 qadin  hesabı ilə ) Gənclər və İdman Nazirliyi tərəfindən kubok ilə mükafatlandırılacaq, komanda heyəti isə medal və diplomlar ilə. 

İkinci və üçüncü yerin sahibləri ( 4 kişi və 2 qadın hesabi ilə ) Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlar ilə təltif olunacaqlar.

Qaliblər həmçinin şəxsi və komanda hesabı ilə digər dəyərli hədiyyələr də alacaqlar.


Yarışma xəritəsi:

«Sümer yazı». Miqyas  (m) = 1:10 000 (1 sm = 100 metr), h (bölmə boyu) = 2,5 metr.

Xəritə çəkilib – oktyabr  2011-ci ildə, Mixail Puqaçev ( Ukrayna) tərəfindən.

Xəritənin ərazisində hər dörd tərəfdən çıxması qəti qadağan olan yerlər tm dəqiqlik ilə əks olunub. Xüsusi ilə:

- şimal-şərqdə – Şimali qəsəbə və onun arxasında Xəzər dənizi;

- şimal-qərbdə – dəniz sahilindən "Xəzər” turbazasından Yalama qəsəbəsinə qədər asfalt yol;

- cənub-şərqdə – dik sahilləri ilə Dəlilqobu körfəzi;

- cənub-qərbdə - düşərgə yarışmasından 200 metr araliqda asfalt yol.

Ümumiyyətlə, meşə yaşıl ağaclardan, bəzi yerləri çətin keçilən, xırda sahələri ilə dolu, bağliərazilərindən ibarətdir. 

Kiçik çuxurlar, təpələr, quru xəndəklər və böyük olmayan vadilərdən ibarət relyefi, meşə yolları və cığırları yüksək inkişaf etmiş; bir sıraəmmalar və kötüklərə də rast gəlinir. 

İçtirakçılar üçün məsləhət görülən geyim- qapali ( böyürtkən kolları və digər tikanlı kolluqları nəzərə alaraq, hansılardan ki qorunmaq lazımdır) .

Xəritə bütün uzunluğu ilə düz, geniş,yaxşı keçilə bilən meşə yolu ilə kəsişir.


Məsafə seçimləri: 

Birinci gün: 29.09.2012 kişilər üçün məsafə 7,5 km-ə qədər (12-16 yoxlama məntəqələri ).

Nəzarət vaxtı: 4 saat.

Qadınlar üçün - 4,5 km (9-10 yoxlama məntəqələri ).

Nəzarət vaxtı: 4 saat.


İkinci gün: 30.09.2012 kişilər üçün qısa məsafə 5 km-ə qədər (9-12 yoxlama məntəqələri).

Nəzarət vaxtı: 2 saat.


Qadınlar üçün - 2,5 км (6-9 yoxlama məntəqələri ).

Nəzarət vaxtı: 2 saat.


Yerləşdirmə:

Start/finiş ərazisində çadır şəhərciyi yerləşir, hardakı komandalar çadırlarda qala və özlərinə yemək də hazırlaya bilərlər. 

Digər yerləşdirmə variantları: 

- "Xəzər” turbazası ( sizə lazım olan məlumatı sıradakı nömrədən ala bilərsiniz: (055) 551 07 11 – Yaşar m. ) ;

-  "Ulduz” turbazası ( sizə lazım olan məlumatı sıradakı nömrədən ala bilərsiniz: (055) 669 83 95 – Atakişi m. )

- həmçinin yarış keçirilən yerin yaxınlığında yerləşən digər turizm bazasa və mehmanxanalar ilə bağlı sualları turizm firması "İmprotex”-ə ünvanlaya bilərlər ( tel.: (050) 335 60 25 – Oktay Rzayev ) . 

Qidalanmaq yarış iştirakçıları tərəfindən və ya sifariş olunmuş turbazalar tərəfindən hazırlanir. Yarış təşkilatçıları "Çöl mətbəxi” ( çay, hərbi sıyıq) barəsində də danışıblar. 

Nəzarət vaxtını keçən iştirakçılar yarışı dayandırmalı və start nöqtəsinə qayıtmalıdırlar. Qayıdanda hakim heyətinə və komanda nümayəndəsinə xəbər verilməlidir. 

Qaçış iştirakçılarının hər biri həkimdən sağlamlıq haqqında icazə almalıdır.


Federasiya iştirak etmək istəyən hər bir kəsi Azərbaycan Respublikası tarixində ilk olan, yeni xəritələr üzərində keçirilən və bütün beynəlxalq standartlara cavab verən Səmti Müəyyən Etmə İdman oyununa dəvət edir.


Səmti Müəyyən Etmə - sağlam xalqın idmanıdır!


YARIŞ MƏRKƏZİNƏ GƏLMƏK ÜÇÜN KÖMƏKÇİ XƏRİTƏ




 

SMEİF