Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
SMEİF-in idarə heyətinin iclası keçirilmişdir

 Cari ilin noyabr ayının 10-da Federasiya Şurasının növbəti iclası keçirilmişdir. Həmin iclasda cari ildə Federasiya tərəfindən görülmüş işlərin yekunlarına baxılmış, və səmti müəyyən etmənin gələcəkdə Azərbaycanda kütləvi idman növü kimi tanınmasına təsir edəcək, 2013-cü il üzrə Federasiya tərəfindən keçirilməsi planlaşdırılan tədbirlər müzakirə edilmişdir.

İclas iştirakçıları Federasiyanın işində ən önəmli nailiyyət olaraq Respublikanın müxtəlif regionları üzrə ( Şamaxı, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ, eləcə də Bakı ətrafı qəsəbələr) 9 idman xəritəsinin hazırlanmasını qeyd ediblər. Bu Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə uğurlu əməkdaşlığın nəticəsində baş verib, belə ki, yeni start meydanlarının xəritələrinin hazırlanmasında ukraynalı mütəxəsis Mixail Puqaç fəal iştirak edib. 

Məhz beynəlxalq tələblərə cavab verən idman xəritələrinin mövcudluğu son iki yarışın uğurla keçməsinə səbəb oldu. Sentyabrın 28-30-da keçirilən Açıq Respublika Çempionatı, eləcə də oktyabrın 19-21-də Ümummilli Lider Heydər Əliyev adına Kubok uğrunda yarışa son 20 il ərzində rekord sayda (200-ə qədər) iştirakçı qatılıb. 

Bundan başqa, Federasiya Şurasının İdarə Heyətində kadr dəyişikliyi məsələləri müzakirə edilib. Səmti müəyyən etmə idmanı üzrə milli yığmanın baş məşqçisi Nizami Mursaqulov təyin edilib. O, hazırda Hava və dağ idman klubunun, həmçinin Milli Aviasiya Akademiyasında yeni yaradılan səmti müəyyən etmə klubunun rəhbəri vəzifəsində çalışır.

Federasiya Şurasının qarşısında ən qısa vaxt ərzində ölkənin ən yaxşı idmançıları arasında seçim aparmaq və 2013-cü ildə xaricdə keçiriləcək beynəlxalq səmti müəyyən etmə yarışlarına hazırlamaq məqsədi qoyulub.

 

SMEİF