Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası ənənəvi 10-cu «ISTANBUL 5 DAYS» yarışında


             29.10 – 03.11.2013 il tarixlərində keçən yarış İstanbul Səmti Müəyyən Etmə Klubu tərəfindən təşkil edilmişdir. Turnir İstanbulun ən tanınmış yerlərində Çeşmesi (Belgrad Forest), Büyükada (The Prince”s Islands), Yildiz Park (Beşiktaş), Ciftalan (Kurtkemeri), Grand Bazaar”da keçmişdir.

           

            «ISTANBUL 5 DAYS» turnirinə Finlandiya, İsveç, Norveç, İtaliya, Daniya, Avstriya, Almaniya, Estoniya, Rusiya, Ukrayna, Qazaxıstan və sair ölkələrin səmti müəyyən etmə üzrə klubları qatılmışdır. Turnirin proqramına uzun və orta məsafələr üzrə, eləcə də Sprint və Super sprint üzrə yarışlar daxil idi.

          

            AR SMEİF-in Prezidenti Mirəli Kazımov sprintdə iştirak etmiş, bundan əlavə Türkiyə SMEF-in Prezidenti Tekin Çolakoğlu tərəfindən «ISTANBUL 5 DAYS» qaliblərinin mükafatlandırma mərasiminə fəxri qonaq qismində də dəvət olunmuşdur. Turnir çərçivəsində Türkiyə səmti müəyyən etmə idman klublarının prezidentləri, və ayrıca olaraq Türkiyə SMEİF-in Prezidenti T.Çolakoğlu ilə Türkdilli Dövlətlərinin Çempionatının birgə keçirilməsi haqqında danışıqlar da aparılmışdır. 

 

SMEİF