Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Beynəlxalq Kubok yarışına yekun vurulmuşdur

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi, “Bella Pizza”,  “Huawei”, “Komtel” və “Badamlı” şirkətlərinin sponsorluğu ilə may ayının 25-27-si tarixlərində Bakı, Şabran və Xaçmaz rayonlarında səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 5-ci Beynəlxalq Kubok yarışı keçirilmişdir.

Azərbaycan, Ukrayna, Türkiyə, İran, Rusiya, Gürcüstan, Belçika, Norveç, Xorvatiya, İsrail, Moldova, Çin, Sloveniya və Yeni Zelandiyadan qatılmış 200-dən çox idmançı sprint, orta və uzun məsafə üzrə yarışda qələbə uğrunda mübarizəyə qoşulmuşlar.

Dənizkənarı Bulvar – İçəri Şəhər ərazisində baş tutumuş sprint üzrə məsafədə M21E kateqoriyasında Sloveniyalı idmançı Jaka Piltaver qızıl medala sahib olmuşdur. Rusiyalı idmançı Maksim Simakov ikinci, Avstriyalı idmançı Mattias Mahr isə üçüncü olmuşdur. W21E kateqoriyasında isə Rusiyanın Omega Moskva klubunun idmançıları Zoya Tixinova və Uliyana Ribakova müvafiq olaraq 1-ci və 3-cü yerləri tutmuşlar. Azərbaycanlı idmançı Sevda Verdiyeva isə üçüncü yer ilə kifayətlənmişdir.

Sprint məsafəsi üzrə digər kateqoriyalarda:

M35

  1. Robert Orehoci (CRO)

  2. Gossens Dirk (BEL)

  3. Alexander Medvedev (RUS)

W35

  1. Rəna Abaszadə (AZE)

  2. Maria Medvedeva (RUS)

  3. Verbraken Linda (BEL)

M50

  1. Ziv Noiman (İSR)

  2. Bolşunova Gennadiy (RUS)

  3. Aleksandr Pavlov (RUS)

W50

  1. Nadejda Starostina (RUS)

  2. Anat Noiman (ISR)

  3. De Meyer Bitti (BEL)

Open M

  1. Rəvan Nəsibov (AZE)

  2. Süleyman Süleymanov (AZE)

  3. Anar Əliyev (AZE)

Open W

  1. Şəmsiyyə Ələkbərova (AZE)

  2. Nigar Hüseynova (AZE)

  3. Sabina Şaliyeva (AZE)

Junior

  1. Eldar Qaravəliyev (AZE)

  2. Tamerlan İmanov (AZE)

  3. Əli Sultanov (AZE)

 

Şabran rayonunun Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafə üzrə və Xaçmaz Rayonunun Yalama qəsəbəsində keçirilmiş uzun məsafə üzrə yarışların cəmində M21E kateqoriyasında Maksim Simakov rəqiblərinə heç bir şans verməyərək qızıl medala sahib olmuşdur. Türkiyəli Emre Doğuş gümüş, İranlı Pərviz Xəncani isə bürünc medala sahib olmuşdur. W21E kateqoriyasında isə Zoya Tixinova (RUS) ikinci dəfə qızıl medala sahib olmuşdur. Azərbaycan Milli komandasının idmançıları Sevda Verdiyeva və Nataşa Şiyanova isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.

 

Orta və uzun məsafələrin cəmi üzrə digər kateqoriyalarda:

M35

  1. Andrey Ribakov (RUS)

  2. Robert Orehoci (CRO)

  3. Aleksandr Medvedev (RUS)

W35

  1. Maria Medvedeva (RUS)

  2. Verbraken Linda (BEL)

  3. Safiehsadat Mousavian (IRI)

M50

  1. Aleksandr Pavlov (RUS)

  2. Bolşunova Gennadiy (RUS)

  3. Aleksandr Malaxov (RUS)

W50

  1. Olqa Pokitilo (RUS)

  2. Nadejda Starostina (RUS)

  3. Tatyana Bolşunova (RUS)

Open M

  1. Azər Qasımov (AZE)

  2. Qədir Şərifov (AZE)

  3. Rəvan Nəsibov (AZE)

Open W

  1. Nigar Hüseynova (AZE)

  2. Anna Litvak (AZE)

  3. Jalə Sultanova (AZE)

Junior M

  1. Stanislav İvanov (AZE)

  2. Yusif Quliyev (AZE)

  3. Daniyar Şipilov (AZE)

Junior W

  1. Uliyana Ribakova (RUS)

Komanda hesabına gəldikdə isə Azərbaycan Milli komandası rəqiblərini geridə qoyaraq yarışın kubokuna sahib olmuşlar. “Dağçılıq” və “Neftçi” İdman Klubları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.

Sonda qalib gələn idmançılara diplom və medallar təqdim olunmuşdur.

 

SMEİF