Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışına yekun vuruldu

 

      May ayının 17-19-u tarixlərində Dənizkənarı Bulvar, İçəri Şəhər, Qubanın Amsar və Xaçmazın Nabran meşə zolaqlarında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə VI Beynəlxalq Kubok yarışı keçirilmişdir. Yarışda Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, İsveç, Çexiya, Rumıniya, Honq Konq, Yeni Zelandiya və Litvadan 40-a yaxın idmançı olmaqla ümumilikdə 220 idmançı yarışda iştirak etmişdir.

     

      Üç gün davam edən yarışda idmançılar sprint, orta və uzun məsafə üzrə qüvvələrini sınamışlar.

   

      Bakıda baş tutuan sprint məsafəsi üzrə yarışda M21E kateqoriyasında Türkiyəli idmançı Aziz Kızıltaş qızıl medala sahib olmuşdur. Çexiyanın Rumpal komandasının idmançısı ikinci, Azəərbaycan milli komandasının idmançısı Süıeyman Əliyev isə üçüncü olmuşdir. Qadınlar arasında elit kateqoriyada isə Çexiyalı idmançı Eva Kabateva fəxri kürsünün ən yüksək pilləsinə çıxmışdır. Türkiyə milli komandasının idmançısı Özlem Zirək və çexiyalı digər idmançı Tereza Bialozitova isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutumuşlar.

     

     Quba və Xaçmazada baş tutan orta və uzun məsafələr üzrə yarışların cəmində M21E kateqoriyasında Çexiyalı idmançılar Jan Flasar və Jiri Valenta qızıl və gümüş medalları qazanmışlar. Litviyalı idmançı Audrius Smilgius isə bürünc medalla kifayətlənmişdir. Qadınlar arasında Eva Kabateva bu dəfə də rəqiblərinə heç bir şans verməyərək qızıl medal qazanmışdır. Azərbaycan milli komandasının üzvü Sevda Verdiyeva ikinci, çexiyalı idmançı Tereza Bialozitova isə üçüncü olmuşdur.

     

      Komanda nəticələrinə gəldikdə isə Çexiyanın Rumpal İdman Klubu yarışın kubokuna sahib olmuşdur. Türkiyyə Milli Komandası ikinci, Azərbaycanın Dağçılıq İdman Klubunun komandası isə üçüncü olmuşdur.

     

     Qalib gələn idmançılara medal, diplom və hədiyyələr təqdim olunmuşdur.

   

     Digər kateqoriyalar üzrə nəticələr ilə isə aşağıdakı linklərdə tanış ola bilərsiniz.

 

Sprint results           Middle - Long total, Team results

Sprint split         Middle distance splits        Long distance splits

 

SMEİF