Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Ümummilli liderin xatirəsinə həsr olunmuş Beynəlxalq kubok yarışı keçiriləcək

 

      25-27 may tarixlərində Bakı şəhərinin Dənizkənarı Bulvar - İçəri Şəhər əraziləri, Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı keçiriləcəkdir.

 

      İlk dəfə olaraq 3 yarış günündən ibarət olacaq turnirdə nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri, ali təhsil müəssisələri və eləcə də 10-a yaxın ölkənin idmançılarının qatılacağı gözlənilir. Sprint, orta və uzun məsafə üzrə təşkil ediləcək yarışda qaliblər həm komanda hesabında həm də fərdi qaydada müəyyən olunacaqdır.

 

ƏSASNAMƏ - AZE

BÜLLETEN № 1 - AZE

BULLETIN № 1 - ENG

BÜLTEN № 1 - TUR

БЮЛЛЕТЕНЬ № 1 - RUS

 

SMEİF