Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kubok yarışı keçiriləcək

 

      May ayının 29-u ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kubok yarışı  keçiriləcək.  Azərbaycan Respublikası Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və "İrəli" İctimai Birliyinin təşkilati dəstəyi ilə İçəri şəhər və Dənizkanarı Bulvar xəritələri üzrə keçirilməsi planlaşdırılan yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaların, şirkətlərin, idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri iştirak edə bilərlər.

 

      “Elit” və “Junior” kateqoriyaları üzrə  elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil ediləcək yarışda iştirakçılar müəyyən edilmiş məsafədə mübarizə aparacaqlar.

 

FƏRDİ İŞTİRAK ÜÇÜN QEYDİYYAT

KOMANDA İŞTİRAKI ÜÇÜN QEYDİYYAT

ƏSASNAMƏ

 

SMEİF