Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Səmti müəyyən etmə üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına açıq kubok yarışı

                                                                     (10-12 may 2013, Nabran, Azərbaycan)

   

Əziz idmançılar və səmti müəyyən etmə həvəskarları!

 

            Cari ilin may ayının 10-12-də Nabranda (Azərbaycan Respublikası) keçiriləcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə açıq yarışda salamlamaqdan şərəf duyardım.

            Azərbaycan səmti müəyyən etmə üzrə idman yarışını ilk dəfə olaraq beynəlxalq səviyyədə keçirir, bu səbəbdən beynəlxalq idmançı və qonaqların bu yarışda iştirakı bizim üçün çox mühümdür. Digər tərəfdən, xarici idmançıların qeyd olunan Kubok yarışında iştirakı onlar üçün ecazkar təbiəti və mehriban insanları ilə tanınan odlar yurdu – Azərbaycanla tanış olmağa əla fürsət yaradacaqdır.

 

            İnanıram ki, Azərbaycana səfəriniz yaddaşınızda unudulmaz təsir bağışlayacaqdır.

 

Mirəli Kazımov,

Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti

 

 

BÜLLETEN №1 

 

I.                   Yarışın təşkilatçıları:

 

Yarışın Baş hakimi–Nizami Mursaqulov (+99450 327 85 61, nmursakulov@gmail.com)

 

Baş hakimin müavini – Zaur Seyidov (+99455 665 75 20, seyidov_zaur@mail.ru)

 

Mətbuat katibi – Yana Maşkova (+99450 250 03 93, hanaviatu@gmail.com)

 

II.                Tədbirin proqramı:

 

10 may, Cümə

 

10:00 – 21:00   İştirakçıların gəlişi, yerləşdirilməsi, qeydiyyatı

19:00   Mandat komissiyasının iclası, püşk atma

 

11 may, Şənbə

 

10:00   Kubok yarışının rəsmi açılışı

10:45   Fərdi – komanda yarışların uzaq məsafədə startı (nəzarət vaxtı 4 saat)

18:30   Komanda nümayəndələrinin iclası

19:00   Yarış iştirakçıları, eləcə də səmti müəyyən etmə həvəskarlarının "tonqal ətrafında” görüşü

 

12 may, Bazar günü

 

10:00    Fərdi – komanda yarışlarının qısa məsafədə startı (nəzarət vaxtı 2 saat)

15:00    Fərdi və komanda hesabında qalib gələn idmançıların mükafatlandırma mərasimi (iki yarış günü üzrə)

             Yarışın təntənəli bağlanma mərasimi, yarış iştirakçılarının yola salınması.

 

 

            Bundan əlavə, Təşkilat komitəsi tərəfindən yarış çərçivəsində fərdi hesabda sprintin keçirilməsi ehtimalı da nəzərdən keçirilir. Son qərar haqqında məlumat Bülleten №2-də veriləcəkdir.

 

III.             Yarışın keçirilmə yeri:

 

            Xaçmaz rayonu, Nabran (Bakı şəhərindən 180 km şimala). Yalama qəsəbəsindənXəzər dənizinin kənarında yerləşən, "Xəzər” turist bazası istiqaməti üzrə hərəkət zolağından sağda yerləşən meşə massivində.

 

IV.             Yarış iştirakçıları:

 

            Yarışlar fərdi və komanda hesabında keçirilir. Komandalar 8 nəfərdən ibarətdir (4 kişi, 2 qadın, 1 komanda nümayəndəsi və 1 məşqçi).

            Bütün yarış iştirakçıları müvafiq həkim icazəsi almalıdır.

 

            V.        Fərdi birinciliyə dair nəticələr:

 

            Yarışın 1-ci və 2-ci günləri üzrə nəticələr start vaxtından finiş vaxtına qədər xəritə üzrə verilmiş istiqamətdə ən qısa vaxt göstəricisi üzrə müəyyən edilir.

 

VI.      Komanda birinciliyə dair nəticələr:

 

            Qalib Komanda onun üzvlərinin iki yarış günü ərzində göstərdiyiümumi nəticələrinə əsasən müəyyən edilir (komanda üzvlərinin (3 kişi və 1 qadın üzrə) ən yaxşı göstəriciləri hesablanır).

 

            VII.     Yarışın xəritəsi:

 

            "Tel bulağı – 1”

            Miqyas (m) = 1:10 000, h (bölmə boyu) = 2,5 metr.

            Xəritə 2011-ci ilin oktyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

          

           "Tel bulağı – 2”

            Miqyas (m) = 1:10 000, h (bölmə boyu) = 2,5 metr.

            Xəritə 2012-ci ilin noyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

 

            "Xəzər turist bazası”

            Miqyas (m) = 1:7 500; 1:10 000, h (bölmə boyu) = 2,5 metr.

            Xəritə 2011-ci ilin oktyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

 

Ümumiyyətlə, meşə yaşıl ağaclardan, bəzi yerləri çətin keçilən, xırda sahələri ilə dolu, bağlı ərazilərindən ibarətdir.Kiçik çuxurlar, təpələr, quru xəndəklər və böyük olmayan vadilərdən ibarət relyefi, meşə yolları və cığırları yüksək inkişaf etmiş; bir sıraəmmalar və kötüklərə də rast gəlinir.

Ərazi bəzi yerlərdə eninə görə keçilməz olan şaxələnmiş çaylar sistemi ilə xarakterizə olunur. Lakin çaylar üzərində əlaltı materiallardan hazırlanmış keçid yerləri vardır (əsasən yıxılmış ağaclar, bəzən düzəldilmiş körpücüklərə rast gəlinir).

İştirakçılar üçün məsləhət görülən geyim - qapalı ( böyürtkən kolları və digər tikanlı kolluqları nəzərə alaraq, hansılardan ki, qorunmaq lazımdır) .

 

VIII.   Məsafə seçimləri:

 

Kişilər üçün uzun məsafə: 10 – 12 km-ə qədər, qadınlar üçün – 7,5 km

Kişilər üçün qısa məsafə:  5 – 6 km-ə qədər, qadınlar üçün – 3,5 km

 

IX.      Yerləşdirmə:

 

Start/finiş ərazisində çadır şəhərciyi yerləşir, hardakı komandalar çadırlarda qala və özlərinə yemək də hazırlaya bilərlər. Su mənbəyi 150 metr məsafədə yerləşir, həmin ərazidə kafe də vardır.

 

Digər yerləşdirmə variantları:

            "Xəzər” turbazası (əlaqə nömrəsi +99455 551 07 11)

            "Ulduz” turbazası ( əlaqə nömrəsi +99455 669 83 95)

         

 

Qidalanma yarış iştirakçıları tərəfindən müstəqil olaraq və ya turbazalar tərəfindən sifarişlə hazırlanır.

           Xarici qonaqlar üçün təşkilatçılar tərəfindən Bakı ş., Beynəlxalq Hava Limanından yarışın keçirildiyi yerə qədər avtonəqliyyat vasitəsi ilə çatdırılması təmin olunacaqdır.


 


Səmti müəyyən etmə üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına açıq kubok yarışına xoş gəlmisiniz!

Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!

 

SMEİF