Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Ənənəvi Heydər Əliyev Kuboku keçirilir

 

      30 may - 01 iyun 2014-cü il tarixlərində Xaçmaz rayonunun Nabran qəsəbəsində səmti müəyyən etmə idman növü üzrə ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Beynəlxalq Kubok yarışı keçiriləcəkdir. Yarış Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.

 

      Qeyd olunan yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və sairləri təmsil edən 20-dən çox komanda və 12 ölkədən təşrif buyurmuş idmançılar qatılacaqdır.

 

      Onu da qeyd etmək lazımdır ki, yarışın hakimlər kollegiyasının tərkibinə xarici mütəxəssislər də daxil edilmişdir. Bu il keçirilən yarışa özəllik verən əsas yeniliklərdən biri də odur ki, idmançıların yarışacağı ərazidə video - nəzarət məntəqəsi quraşdırılacaq və beləliklə idmançıların meşədəki hərəkətini canlı olaraq yarış mərkəzində, Federasiyanın rəsmi saytında izləmək mümkün olacaqdır (link: http://smef.az/index/onlinehacup/0-878 ). Yarış Elit, Open (yeni başlayanlar qrupu) və Junior (uşaqlar) kateqoriyaları üzrə verilmiş istiqamətdə həm komanda, həm də fərdi hesabda keçirilir. Yarış prosesində idmançılar öz kateqoriyasına uyğun məsafəni keçib idman xəritəsində qeyd olunmuş nəzarət məntəqələrində müəyyən ardıcılıqda qeyd olunmalıdırlar. 

 

SMEİF