Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Dünya çempionatının açılışı mərasimi baş tutub. Sprint üzrə yarışa start verilib

Finlandiyanın Voukatti şəhərində Səmti müəyyən etmə idman növü üzrə dünya çempionatı davam edir. İyunun 8-də dünya çempionatının açılış mərasimi keçirildi. Tədbirdə  Beynəlxalq Səmti İdman Federasiyasının prezidenti Brian Porteous və digər rəsmilər iştirak ediblər. İlk növbədə Beynəlxalq Səmti İdman Federasiyasının prezidenti Porteous çıxış edərək idmançıları salamlayıb. O, dünya çempionatının yüksək səviyyədə keçirildiyini və bu idman növünün bir çox ölkələrdə də populyarlıq qazanmasını, habelə marağın günü-gündən artmasını sevindirici hal kimi qiymətləndirib. 


Çempionat açıq elan edildikdən sonra yarışa start verilib. Sprint yarışları maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Belə ki, arenadakı 5 mindən artıq azarkeşin  öz idmançılarına  qarşı dəstəyi turnirə marağı daha da artırırdı. 


Sprint yarışı üzrə kişilərin yarışında yerli idmançı Boström Marten fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə Böyük Britaniya təmsilçisi Fraser Skott çıxıb.  Üçüncü yerə isə İsveçrə idmançısı Leanderson Cona layiq görülüb. Qadınların yarışında İsveçrəli Niggli Simone qızıl medal əldə edib. Yarışın gümüş medalını  İsveçli Biilstam Annika qazanıb. Finladiya təmsilçisi Neimi Venla isə bürünc medalla kifayətlənib.  İyunun 9-da uzun məsafəyə qaçış yarışlarının qalib və mükafatçıları məlum olacaq. Xatırladaq ki, Azərbaycanı dünya çempionatında Səmti müəyyən Etmə federasiyasının prezidenti Mirəli Kazımov və baş məşqçi Nizami Mursakulovun rəhbərliyi ilə 4 idmançı təmsil edir.  foto arxiv

 

SMEİF