Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
Dünya çempionatının ilk yarış günü geridə qaldı

Finlandiyada Səmti Müəyyən Etmə İdman növü üzrə 30-cu Dünya çempionatı start götürüb. Turnirdə 74 ölkənin 400-ə yaxın iştirakçısı çempion adı uğrunda mübarizə aparır. Ölkəmizi bu yarışda Azərbaycan səmti müəyyən etmə İdman federasiyasının prezidenti Mirəli Kazımov və baş məşqçi Nizami Mursakulovun rəhbərliyi ilə 4 həmyerlimiz təmsil edir. Çempionatın ilk günü 3 idmançımız bacarığını nümayiş etdirib. Kişilər arasında uzun məsafədə keçirilən yarışda Mirəli Kazımov, Faiq Bağırov qüvvəsini sınayıb. Qadınların mübarizəsində isə Natalya Əliyeva yarış iştirakçıları arasında olub. 


Qeyd edək ki, kişi idmançılar ("Men qualification - 2” qrupu, məsafə 12,5 km) 21 nəzarət məntəqəsində, qadınlardan ibarət seçmə isə ("Women qualification -1” qrupu, məsafə - 8,5 km) 13 nəzarət məntəqəsində qeyd olunmalı idilər. Digər təmsilçimiz Yana Maşkova iyulun 8-də mübarizəyə qatılacaq. 


Xatırladaq ki, Dünya çempionatının rəsmi açılış mərasimi iyulun 8-də Sotkamo şəhərində baş tutacaq. foto arxiv

 

SMEİF