Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

    İdmançılarımız ilk dəfə olaraq dünya çempionatında

     Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təqvim planına əsasən 06-14 iyul 2013-cü il tarixində Finlandiyada (Vuokatti) səmti müəyyən etmə idman növü üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulmuşdur. Bu irimiqyaslı Çempionata dünyanın 74 ölkəsi qatılacaqdır. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmiz yuxarıda qeyd olunan Çempionatda iştirak etmək üçün Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası tərəfindən rəsmi dəvət almışdır.


      Bununla əlaqədar olaraq, Azərbaycanın milli yığması Dünya Çempionatında iştirak etmək üçün 03 iyul 2013-cü il tarixində Finlandiyaya yola düşür. Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək milli yığma 4 idmançı, 1 məşqçidən ibarətdir. Azərbaycan milli yığmasının media təmsilçiləri qismində Azərbaycan Dövlət Televiziyasının müxbiri və fotoqraf iştirak edəcəkdir.


     Xəritə üzrə verilmiş istiqamətdə uzun və orta məsafələrdə qaçış, sprint və estafet yarışlarının keçirilməsi nəzərdə tutulan Dünya Çempionatının açılış mərasimi 06 iyul 2013-cü il tarixində baş tutacaqdır. Çempionatın bağlanma mərasimi 14 iyul 2013-cü il tarixinə planlaşdırılmışdır. 

 

SMEİF