Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Sevda Verdiyeva ölkəmizə qızıl medal qazandırdı

 

Fevral ayının 1-4-ü tarixlərində Türkiyənin Antalya şəhərində səmti müəyyənetmə idman növü üzrə “Uluslararası Finike Oryantiring Günleri” adlı beynəlxalq yarış keçirilmişdir. Yeddi idmançı ilə yarışa qatılan idmançılarımız orta, uzun və sprint məsafələri üzrə qüvvələrini sınadılar.

 

Qeyd olunan yarışda milli komandamızın üzvü və eləcə də Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva W21A kateqoriyasında ümumi nəticəyə əsasən birinci yeri tutaraq ölkəmizə qızıl medal qazandırdı.

 

Digər idmançılarımıza gəldikdə isə,ümumi nəticədə  Rəna Abaszadə W35 kateqoriyasında 4-cü, W21A və M40 kateqoriyalarında müvafiq olaraq çıxış edən Nataliya Şiyanova və Xəyyam Məmmədov 6-cı, M21A kateqoriyasında çıxış edən Süleyman Əliyev 11-ci, Vladislav Tuzov isə 26-cı oldu.

 

Yarışa qatılan həvəskar idmançımız Cavidan İsmayılzadə isə M20B kateqoriyasında yarışı 30-cu tamamladı.

 

SMEİF