Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

İdmançılarımız Türkiyədə medallar uğrunda mübarizə aparacaq

 

      Fevral ayının 1-4-ü tarixlərində Türkiyənin Antalya şəhərində səmti müəyyənetmə idman növü üzrə “Uluslararası Finike Oryantiring Günleri” adlı yarış keçiriləcək. Ölkəmizi beynəlxalq yarışda M21A kateqoriyasında Süleyman Əliyev və Vladislav Tuzov, W21A kateqoriyasında Nataliya Şiyanova və Sevda Verdiyeva, W35 kateqoriyasında Rəna Abaszadə, M40 kateqoriyasında isə Xəyyam Məmmədov təmsil edəcəklər.

 

    Müxtəlif ölkələrdən mindən çox iştirakçının qatılacağı yarışda idmançılar orta, uzun və sprint məsafələri üzrə qüvvələrini sınayacaqlar.

 

SMEİF