Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Yarışa yekun vuruldu. Qalib komandalar müəyyən oldu


      Fövqəladə Hallar Nazirliyinin I Qapalı Çempionatına bu gün keçirilmiş uzun məsafə üzrə yarışdan sonra yekun vuruldu.  3.5 km məsafədə 10 nəzarət məntəqəsindən ibarət olan ikinci yarış günü də gərgin mübarizə şəraitində keçdi. Təxminən 4 saat davam edən gərgin mübarizədən sonra şəxsi hesabda Hüseynov Elşən (Təmir-Tikinti NDA) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Qalibdən təxminən 3 dəqiqə geri qalan Elyazov Rəşad (Xüsusi Riskli Xilasetmə Xidməti) 2-ci, Məmmədov Şahin (Dövlət Yanğından Mühafizə Xidməti)  isə 3-cü oldu.


    Komanda üzrə iki günün nəticələrinə görə Bakı Regional Mərkəzinin komandası qızıl medal qazandı. Gümüş və bürünc medalları isə müvafiq olaraq Muğan Regional Mərkəzinin komandası və Dövlət Sularında Xilasetmə Xidmətinin komandası əldə etdi. (yarışın ümumi nəticələri)


    Sonda onu da qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin I Qapalı Çempionatını yüksək səviyyədə təşkil etdiyi üçün Səmti Müəyyən Etmə İdman Federasiyası "Tədbir medalı” ilə təltif edildi. Medal FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev tərəfindən təqdim edildi. (foto arxiv)

 

SMEİF