Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Yarışın ilk günün yekun vuruldu.


      Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə I Çempionatında bu gün qısa məsafə üzrə yarışa yekun vuruldu. Açılış mərasimindən dərhal sonra start verilən yarışa 100-ə yaxın idmançı qatılmışdır. 2.6 km məsafədə 7 nəzarət məntəqəsindən ibarət olan yarışın ilk günün gərgin mübarizə şəraitində keçmişdir.


      Qısa məsafə üzrə bütün nəzarət məntəqələrini qeyd edib hamıdan əvvəl finiş xəttinə çatan Allahverdiyev Müvəssəl (Dövlət Sularında Xilasetmə Xidməti) qalib olmuşdur. 2-ci yeri Babayev Vüqar (Dövlət Sularında Xilasetmə Xidməti) 3-cü yeri isə Cəfərov Elçin (Muğan Regional Mərkəzi) tutmuşlar. (qısa məsafə üzrə ümumi nəticələr)


      Sonda onu da qeyd edək ki, sabah uzun məsafə üzrə yarışa start veriləcəkdir.

 

SMEİF