Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Fövqəladə Hallar Nazirliyinin növbəti yarışı keçirilmişdir

 

      Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 21-23 sentyabr 2016-cı il tarixlərində Qəbələ şəhərində səmti müəyyənetmə idman növü üzrə nazirliyin qurumları arasında IV çempionat keçirilmişdir.

     

      Nazirliyin 23 qurumundan 23 komanda olmaqla 95 kişi və 3 qadın idmançının qatıldığı yarış marqlı idman mübarizə şəraitində keçmişdir. Belə ki, təşkil olunmuş yarışda uzun məsafə üzrə kişilər 4.2 km məsafədə yerləşdirilmiş 11 nəzarət məntəqəsində, qadınlar isə 3.2 km məsafədə yerləşdirilmiş 10 nəzarət məntəqəsində qeyd olunmalı idilər.

     

      Gərgin keçən mübarizədə kişilər arasında şəxsi birincilikdə FHN-in Mərkəzi aparatının əməkdaşı Elçin Əhmədov birinci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçisi Turan Şükürov ikinci, Mülki müdafiə qoşunlarının əməkdaşı Elçin Əzizov üçüncü yerə layiq görülmüşdür. Qadınlar arasında isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva fəxri kürsünün ən yüksək pilləsinə yiyələnmişdir. Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova ikinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova üçüncü yerə çıxmışdır.

     

     Komanda mübarizəsində isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası birinci, Bakı Regional Mərkəzinin komandası ikinci, Sumqayıt Regional Mərkəzinin komandası isə üçüncü yeri tutmuşdur.

     

      Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi pokovnik Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov çıxış edərək ilk 3 yeri tutan əməkdaşları, komandaların üzvlərini təbrik etmiş, ölkəmizdə səmti müəyyən etmə idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışmışlar.

 

      Sonda onu da qeyd edək ki, yarışın baş hakimi Nataliya Əliyeva, baş katib Vladislav Tuzov, hakimlər Faiq Əliyev, Elvin Əliyev, Genadiy Klim, Diana Orucova v’ Oksana Lyalyakina yarışda yüksək səviyyədə hakimliyə görə FHN-nin müvafiq diplomları ilə təltif olunmuşlar.

 

FOTO ARXİV

 

SMEİF