Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Fövqəladə Hallar Nazirliyinin qapalı çempionatına yekun vurlumuşdur

 

      Sentyabr ayının 14-16-sı tarixlərində keçirilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə III qapalı çempionatına yekun vurulmuşdur.  Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq elektron qeydolunma sisteminin tətbiqi ilə keçirilən yarışda 22 komandadan 100-ə yaxın idmançı iştirak etmişdir.

 

      Qəbələ rayonun meşə zolağında start verilmiş yarışda idmançılar uzun və orta məsafələr üzrə qüvvələrini sınamışlar.

 

      İki günün nəticəsinə görə kişilər arasında Müvəssil Allahverdiyev (DSXX) bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Qalibdən bir neçə xal geri qalan Pərvin Abdullayev (Muğan RM) ikinci, Elçin Qəhrəmanov (Qarabağ RM) isə üçüncü olmuşdur.

 

         Qadınlar arasında isə Sevda Verdiyeva (TTNDA) qızıl medala sahib olmuşdur. XRXX komandasının üzvü Arzu Eyvazova gümüş, Azadə Məmmədova (Muğan RM) isə bürünc medala qazanmışdır.

 

         Komanda üzrə iki günün nəticəsinə görə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası qalib olmuşdur. Xüsusi Riskli Xilasetmə Xismətinin komandası 2-ci, Qarabağ Regional Mərkəzin komandası isə 3-cü olmuşdur.

 

      Qaliblərə FHN-in İdman-sağlamlıq klubunun rəisi pokovnik Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, SMEİF-in prezidenti Mirəli Kazımov və SMEİF-in idarə heyətinin üzvü Xəyyam Məmmədov medal, diplom və qiymətli hədiyyələr təqdim etmişlər.

 

         Sonda onu da qeyd edək ki, yarışın baş hakimi Zaur Seyidov, baş katib Şəhriyar İsmayılov, hakimlər Süleyman Əliyev, Nataliya Əliyeva və Tatyana Solovyova yarışın yüksək səviyyədə təşkilinə görə FHN-nin müvafiq diplomları ilə təltif olunmuşlar.

 

      YARIŞIN NƏTİCƏLƏRİ

   

     FOTO ARXİV

 

 

SMEİF