Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Fövqəladə Hallar Nazirliyinin I Qapalı Çempionatı keçiriləcək



     Sentyabr ayının 20-22-də Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə I Qapalı Çempionatı keçiriləcəkdir. Şamaxı rayonunun Pirqulu qəsəbəsində (Vergilər Nazirliyinin Tədris Mərkəzi) keçiriləcək yarışa baş hakimliyi SMEİF-in vitse-prezidenti Nizami Mursakulov edəcəkdir. 


      FHN-nin I Qapalı Çempionatına hər komandada 3 idmançı olmaqla 23 komanda eləcə də 20-yə yaxın fərdi hesabda iştirak edəcək idmançı qatılacaqdır. Bu gün, yəni yarışdan bir gün öncə yarışın baş hakimi tərəfindən püşkatma, komanda nümayəndələri ilə iclas və eləcə də idmançılar ilə seminar keçirilmişdir.


      Sentyabrın 21-i saat 10:00-da açılışı baş tutacaq yarışa 11:00-da start veriləcəkdir. 

 

SMEİF