Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 
 

 

    Mirəli Sahib oğlu Kazımov - 01 iyul 1974-cü ildə Bakı şəhərində anadan olub.

        1988-ci ildə Bakı şəhəri 6 №-li orta məktəbin 8 sinfini qurtardıqdan sonra həmin il H.Z.Tağıyev adına Kollecin I kursuna daxil olaraq 1991-ci ildə "mühasib” ixtisası üzrə bitirmişdi.

        1991-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun I kursuna qəbul edilmiş və 1997-ci ildə "iqtisadçı” ixtisasına yiyələnərək həmin institutu bitirmişdir.

       1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olmuş və 2001-ci ildə hüquqşünas diplomunu alaraq təhsilini müvəffəqiyyətlə başa vurmuşdu.

       2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə edib, iqtisad elmləri namizədidir.

        2007-ci ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının doktorantıdır

        1988-ci ildən bank sahəsində əmək fəaliyyətinə başlamış və artıq 1994-cü ildən etibarən vergi orqanlarında 18 illik iş təcrübəsinə malikdir.

        Vergi orqanlarında işlədiyi dövrdə nümunəvi xidmətinə və yüksək peşəkarlığına görə vergilər naziri tərəfindən dəfələrlə təşəkkür elan edilmiş və Fəxri fərmanla təltif olunmuşdur.

        Hal-hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini vəzifəsində çalışır.

        2002-2006-cı illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq Ticarət” və "Bank işi” kafedralarında müəllim, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin "Vergi metodologiyası” kafedrasının baş müəllimi işləmişdir.

        2006-ci ildən hazırki vaxta kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinin "Kriminalistika və məhkəmə ekspertizası” kafedrasında müəllim işləyir.

    40-dan artıq elmi məqalənin, 2 monoqrafiyanın, 5 dərs vəsaitinin və 4 tədris proqramının (birgə müəllifliklə) müəllifidir.

    Ailəlidir, iki övladı var.

 

 

 Vitse-prezident
 
     Nizami Nəsrəddin oğlu Mursaqulov – 1952-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur.

 

     1970-1974-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil almışdır.

 

     Azərbaycan Respublikası Maarif Nazirliyinin Təlim-tədris şöbəsinin rəisi (1973-1981), Azərbaycan Respublikası Turist və Ekskursiyalar Şurasında İdman Turizm şöbəsinin rəisi (1981-1990), Respublika Turist-İdman Klubunun direktoru (1990-1995), Xüsusi Dövlət Mühafizə Xidmətinin Peşə Hazırlığı İdarəsinin Təlim-tədris mərkəzinin və Fiziki hazırlıq və idman bölməsinin rəisi (1995-2008) vəzifələrində çalışmışdır. 2008-ci ildən isə Milli Aviasiya Akademiyasının Aviasiya Təhlükəsizliyi kafedrasında baş müəllim işləyir.  
 
    İdman Turizmi üzrə SSRİ idman ustası, alpinizm üzrə birinci dərəcə.
 
    İdman Turizmi və Səmti müəyyən etmə üzrə məktəblilərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi  (1973-1981) və  İdman Turizmi üzrə böyüklər arasında Azərbaycan yığma komandasının baş məşqçisi (1981-1995) olmuşdur. 

 

 

 

 

 
 
 

 

 
 
 

Fəxri üzv

 

 

    Aleksandr Pavloviç Mişenko - Azərbaycan Respublikasında Ukraynanın Fövqəladə və Səlahiyyətli səfiri. 24 avqust 1964-cü ildə Ukraynada anadan olub. 1985-ci ildə Donetsk Ali hərbi-siyasi məktəbi, 1995-ci ildə isə  Milli Lvov Universitetini (hüquq fakultəsi) bitirib. Hüquq elmləri namizədidir (2002-ci il). Dissertasiya mövzusu: "Türkiyənin siyasi-hüquqi sistemi 1918-1945-ci illər”.

   "Şləxetsk vaxtından Polşa Respublikasına qədər Polşanın siyasi-hüquqi sistemi” (1995-ci il) və "Türkiyə. İmperiyadan Respublikaya olan yol (1914-1945-ci illər)”(2000-ci il) adlı elmi əsərlərin müəllifidir.

     1985-1989-cu illərdə hərbi xidmətdə olub.

     Franko adına Lvov Milli Universitetinin beynəlxalq əlaqələri üzrə şöbə müdiri (1989-1993) , Ukrayna XİN Konsulluğunun konsul-hüquqi sualları şöbəsinin II, І katibi; Ukrayna XİN ( KH) vətəndaşlıq üzrə məsləhətçi; Ukrayna XİN təhlil, planlaşdırma və təşkilati işlər üzrə başçı (1993-1996),  İstanbulda Ukraynanın baş konsulu (1996-2000), XİN-in Konsulluq şöbəsinin müdir müaviniKonsulluq Xidməti Departamentinin direktor müavini – Ukrayna XİN-in konsulluq-hüquqi dəstək başçısı (2000-2001), Polşadakı Ukrayna Səfirliyinin nazir-müşaviri (2001-2002), Xüsusi tapşırıqlar üzrə Ukrayna XİN-in səfiri (2002-2003),  Avstraliyada Ukrayna işgüdəri (2003-2004), Avstraliyada Ukraynanın Fövqəladə və səlahiyyətli səfiri (2004-2005),Türkiyədə Ukraynanın Fövqəladə və səlahiyyətli səfiri (2005-2008), Ukrayna XİN-in IV ərazi departamentinin direktoru (Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Türkiyə ölkələri ilə Ukrayna münasibətləri) (2008-2011) vəzifələrində çalışıb. 2011-ci ilin aprel ayından isə Azərbaycan Respublikasında Ukraynanın Fövqəladə və səlahiyyətli səfiridir.

    İngilis, polyak və türk dillərini bilir. Ailəlidir, bir övladı var.

 

 

  Baş katib
 

 

    Zaur Firudin oğlu Seyidov – 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.

 

 

    2005-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Kooperasiya Universitetinin "İnzibati idarəetmə” fakültəsində təhsil almışdır (2005-2009).

 

 

    2009-2010-cu illərdə hərbi xidmətdə olmuşdur.

 

 

    

 

 

 

 

 

 

SMEİF