Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Faiq Bağırov yüngül atletika üzrə Avropa çempionatında III yeri tutdu

 

      22 – 31 avqust tarixlərində İzmirdə veteranlar arasında yüngül atletika üzrə Avropa Çempionatı keçirlir. EVACS 2014

     

      Bütün Avropadan təşrif buyurmuş idmançılar 35 yaşdan başlayaraq 85 yaşadək bütün yaş kateqoriyaları üzrə mübarizə aparır.

     

      Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının üzvü, 2013-cü ildə səmti müəyyən etmə üzrə Dünya Çempionatında Azərbaycanı təmsil etmiş Faiq Bağırov da 1 500 və 800 metrlik məsafələrdə 35-40 yaş kateqoriyasında yarışır.

     

      1 500 metrlik məsafə üzrə yarışlar 25 avqust tarixində yekunlaşmışdır.

     

      Bütün qaçış zamanı liderliyini qoruyan Faiq Bağırov finişə üçüncü gəlmiş və Azərbaycan üçün  bürünc medal qazanmışdır. Qaçışın qalibi Fransalı idmançı olmuş, ikinci yeri isə Niderlandlı nümayəndə tutmuşdur.

     

      800 metrlik məsafə üzrə yarışlar 30 avqust tarixində baş tutacaqdır.  (foto arxiv)

 

SMEİF