Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

İsmayıllı məktəbliləri start xəttində

 

      Avqust ayının sonları Azərbaycan BMT İnkişaf Proqramının QƏF (Qlobal Ekoloji Fond) və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin dayanıqlı idarə olunması” və Clima East Pilot “İqlim dəyişikliklərinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə İsmayıllı rayonunda əhalinin və gənclərin ekoloji maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

 

     Keçirilən tədbir çərçivəsində Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının nümayəndələri, milli komandanın üzvləri Şəhriyar İsmayılov və Süleyman Əliyevin rəhbərliyi ilə uşaqlar üçün səmti müəyyənetmənin əsasları ilə bağlı təlim keçirildikdən sonra labirint yarışı təşkil olunmuşdur.

 

      Məlumat üçün onu da qeyd edək ki, İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində keçirilən 3 günlük təlim proqramının əsas məqsədi əhalinin, o cümlədən gənc nəslin meşələrin davamlı idarə olunması, meşə ekosisteminin, flora və faunanın mühafizəsi sahəsində ekoloji biliklərinin artırılmasına şərait yaratmaq, həyat fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə meşədə davranış qaydalarının öyrənilməsi, yanğın təhlükəsizliyi və meşələrə məsuliyyətli münasibətin formalaşdırılmasından və eləcə də Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarə olunmasına və meşələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılmasından ibarət olmuşdur.

 

 

SMEİF