Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

EkoSfera ilə uğurlu əməkdaşlıq

 

      Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının dostları siyahısına daha bir qurum əlavə olundu: EkoSfera Uşaq və Gənclər üçün Ekoloji Turizm Mərkəzi. EkoSfera Uşaqlar və Gənclər üçün müxtəlif ekoloji mövzuları əhatə edən düşərgələrin təşkil olunmasında ixtisaslaşmış mərkəzdir.

 

      Əməkdaşlıq çərçivəsində 25 iyunda Qala tarixi memarlıq qoruğunda düşərgənin uşaqları üçün izahedici dərs və praktiki təlim həyata keçirildi. Təlimlərin əhəmiyyəti uşaqların erkən yaşdan vətənpərvər tərbiyə olunması, idmana və ətraf mühitə qarşı sevginin aşılanması baxımından çox əhəmiyyətli idi. Çünki səmti müəyyənetmə təbiətlə-idmanın sintez təşkil etdiyi idman növüdür və gənclərin sağlam, ətraf mühitə qarşı diqqətli böyümələri üçün bir vasitədir.

 

      Beləliklə növbəti həftənin mövzusu səmti müəyyənetmə olması müəyyənləşdirildi. 27 iyun-1 iyul tarixləri arasında təşkil olunan düşərgədə Səmti Müəyyənetmə idman Federasiyasının təlimçiləri düşərgə üzvləri üçün ətraflı nəzəri təlim və daha sonra praktiki yarış həyata keçirdilər. Uşaqlara şərti işarələr, xəritəni oxumaq, kompasla düzgün işləmək bacarıqları və s. biliklər öyrədildi. Qala Tarixi Memarlıq Qoruğu ərazisində, növbəti günlərdə isə Zeytunluq ərazisində yarışlar təşkil olundu. Düşərgənin son günü Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bulvar ərazisində final yarışı keçirildi.

 

       Fərqlənən uşaqların gələcəkdə milli komandanın tərkibinə cəlb olunmaları üçün xüsusi təlimlərin keçirilməsi və Respublika səviyyəli yarışlarda iştirakının təmin edilməsi planlaşdırıldı.

 

       Beləliklə EkoSfera və Azərbaycan Səmti Müəyyənetmə Fedarasiyasının birgə təşkilatçılığı ilə düşərgə sona çatdı. Ancaq bu əməkdaşlığın ilik addımları idi və gələcəkdə birgə daha böyük layihələrin həyata keçirilməsi planlaşdırıldı.

 

SMEİF