Səmti Müəyyən Etmə İdman Federasiyasının rəsmi veb saytına xoş gəldiniz! Tel:(+99455) 665 75 20, E-mail: azeorienteering@mail.ru, Veb sayt: www.smef.az.
 
 
 

Dağçılıq İdman Klubunun Açıq Birinciliyinə yekun vuruldu

 

      Noyabr ayının 29-u Səmti Müəyyənetmə İdman Federasiyasının dəstəyi ilə Dağçılıq İdman Klubunun səmti müəyyənetmə üzrə Açıq Birinciliyi keçirilmişdir.

 

      Belə ki, Dağçılıq İdman Klubunun sədri Tərlan Ramazanov iştirakçıları salamladıqdan sonra Qubanın Amsar kəndi yaxınlığındakı ərazinin meşə zolağında K21 və Q21 kateqoriyaları üzrə yarışa start verildi.

 

      Təxminən 50-ə yaxın idmançının qatıldığı yarışda kişilər 5,5 km məsafədə yeləşdirilmiş 12 nəzarət məntəqəsində, qadınlar isə 4,8 km məsafədə yerləşdirilmiş 10 nəzarət məntəqəsində qeyd olunaraq qələbə uğrunda mübarizəyə qoşuldular.

 

      Gərgin keçən mübarizədə kişilər arasında Latviyalı idmançı Delins Kaspars 1 saat 17 dəqiqə nəticə ilə finiş xəttinə birinci çatmışdır. Neftçi İdman Klubunun üzvü Şəhriyar İsmayılov gümüş, Sadiq Məmmədov (Gilavar İK) isə bürünc medal qazanmışdır.

 

      Qadınlar arasında isə Şiyanova Nataliya (Dağçılıq İdman Klubu) bütün rəqiblərini geridə qoyaraq yarışın qızıl medalına sahib olmuşdur. Qalibdən bir neçə dəqiqə geri qalan Yana Maşkova ikinci, Anastasiya Lyalyakina (hər ikisi Dağçılıq İdman Klubu) isə üçüncü olmuşdur.

 

      Qalib gələn idmançılara klubun diplomları və medallar təqdim olunmuşdur.

  

 NƏTİCƏLƏR

 

 ƏSASNAMƏ

 

SMEİF