Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Azərtac

Azərbaycanda səmt idmanı üzrə beynəlxalq turnir start götürmüşdür

      Mayın 11-də Nabranda müstəqil Azərbaycanın tarixində ilk dəfə səmt idmanı üzrə yarış - Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi şərəfinə Açıq Kubok turniri start götürmüşdür. 

     AzərTAc xəbər verir ki, turnirin 300 iştirakçısı, habelə 25 komanda təlimatlandırmadan sonra məntəqə axtarmaq üçün meşəyə yollanmışdır. Hər bir iştirakçı və komanda növbə ilə 10 məntəqə tapmalı və elektron cədvəldə qeyd etməlidir.


      Azərbaycan Respublikası Səmt İdmanı Federasiyasının (ARSİF) prezidenti Mirəli Kazımov bildirmişdir ki, bu beynəlxalq turnirdə idmançılara ilk dəfə dərəcə almaq imkanı veriləcəkdir.

 

SMEİF