Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Şəmkirdə şagirdlər səmti müəyyən etdilər

 

      Sentyabrın 15-də Şəmkir rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Axtaran tapar” adlı səmti müəyyənetmə idmanı üzrə şagirdlər arası yarış adlı layihənin təlimlərinə start verilmişdir.

 

      Azərbaycan Respublikası Səmti Müəyyənetmə idman Federasiyasının təlim-tədris işləri üzrə koordinatoru Şəhriyar İsmayılov öz açılış nitqi ilə təlim iştirakçılarını salamlayaraq Səmti müəyyənetmə idmanı haqqında və onun Azərbaycanda keçdiyi inkişaf tarixindən danışıb. Əlavə olaraq Şəmkir şəhər parkında təşkil ediləcək şagirdlər arası ilk Səmti Müəyyənetmə çempionatı haqqında geniş təlimatlandırma sessiyası təşkil edilib. Sessiya çərçivəsində yarışın qaydaları, təhlükəsizlik qaydaları və digər təlimatlar yarış iştirakçılarına çatdırılıb.

 

      Sentyabr ayının 29-u isə rayonun mərkəzi parkında Şəmkirin 20 məktəbini əhatə edən 100 nəfər şagird iştirakı ilə yarış təşkil olunmuşdur. Komanda hesabı ilə keçirilən yarışda ilk yerə M. Əhmədov adına tam orta məktəb, 2-ci yerə Ə.Cavad adına tam orta məktəb və nəhayət 3-cü yerə isə N.Gəncəvi adına tam orta məktəb layiq görülüblər. İlk 3 yeri tutmuş məktəb komandaları diplom, qalib komanda isə kubokla mükafatlandırılıblar.

 

SMEİF