Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

“Antalya O Days” turniri davam edir

 

      Türkiyənin Antalya və Alanya şəhərlərində səmti müəyyən etmə üzrə keçirilən “Antalya O Days” turnirində orta və qısa məsafələr üzrə yarışlara yekun vurulub.

 

      Belə ki, orta məsafə üzrə Cebeli Reis, uzun məsafə üzrə isə Gedevet ərazilərində keçirilən yarışlarda azərbaycanlı idmançılardan Süleyman Əliyev, Vladislav Tuzov, Sergey Telegin, Emin Məmmədov, Şəhriyar İsmayılov, Ramin Əliyev və Serqan Abasov  M21(E) kateqoriyası üzrə, Xəyyam Məmmədov M40 kateqoriyası üzrə, qadın idmançımız Günay Həmdullayeva isə WBL kateqoriyası üzrə çıxış ediblər.

 

      Məlumat üçün bidirək ki, mart ayının 1-də Alanya Castle ərazisində sprint üzrə yarışa start veriləcək.

 

 

SMEİF