Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Azərbaycan idmançıları “Antalya O Days” turnirinə qatılacaqlar

      26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində səmti müəyyən etmə idman növü üzrə “Antalya O Days” turniri keçiriləcəkdir. Türkiyə Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil ediləcək yarışa Azərbaycandan 10  idmançı və nümayəndə heyəti qatılacaqdır.

      Orta, uzun məsafələr  və eləcə də sprint üzrə keçiriləcək yarışda dünyanın 15-dən çox ölkəsinin idmançılarının qatılacağı gözlənilir.

      Sonda onu da qeyd edək ki, federasiya nümayəndələri və milli komandanın üzvləri sözügedən yarışda iştirak üçün fevral ayının 25-i Türkiyəyə yollanacaqlar. 

 

SMEİF