Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Səmti müəyyən etmə üzrə Azərbaycanın ilk medalı 



      Səmti müəyyən etmə idman növü üzrə 26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində keçirilən "Antalya O Days" turnirinə yekun vurulmuşdur.

 

      Keçirilmiş turnir Azərbaycanın səmti müəyyən etmə idmanı üçün böyük uğurla yadda qalmışdır. Belə ki, Alanya şəhərinin Cebeli Reis, Gedevet və Alanya Kastl ərazilərində qısa, orta məsafələr  və eləcə də sprint üzrə M40 kateqoriyasında çıxış edən idmançımız Xəyyam Məmmədov dörd mərhələnin cəmi üzrə üçüncü yeri tutaraq yarışın bürünc medalına sahib olmuşdur.

 

      Azərbaycan tarixində ilk dəfə olaraq səmti müəyyən etmə idman növü üzrə beynəlxalq statuslu yarışda qazanılmış medal ölkəmiz üçün idman sahəsində əldə edilmiş uğurlardan biridir.

     

      Məlumat üçün qeyd edək ki, hər il Türkiyədə təşkil olunan dünya reytinqli “Antalya O Days” turnirinə 3000-dən çox idmançı qatılır.

 

SMEİF