Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 
SMEİF-in növbəti uğurları

Azərbaycanın idman ictimaiyətinin həyatında azərbaycanlı səmti müəyyən edən idmançılarının cari ilin  21-24 fevral tarixləri ərzində Türkiyədə (Antaliya şəh. ətrafında) keçirilən beynəlxalq yarışda iştirakı ilə bağlı olan mühüm hadisə baş vermişdir. Qeyd olunan müddət ərzində Türkiyə Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının rəhbərliyi altında Antaliyada (Manavqat və Side bölgələrində) keçirilən Aralıq Dənizi ölkələrinin Beynəlxalq Çempionatına ev sahibliyi etmişdir. Cəmi dörd gün davam edən bu yarışlarda qeyd olunan regionun 25 ölkəsindən 1600 idmançı iştirak etmişdir. Federasiya rəhbərliyinin təşəbbüsü ilə bu yarışlarda Federasiyanın Prezidenti Mirəli Kazımov, Azərbaycanın hazırki çempionu, Azərbaycanın idman ustası Natalya Əliyeva, Federasiyanın mətbuat katibi Yana Maşkova (Dağçılıq klubu) və səmti müəyyən etmə idmanının həvəskarı Serqan Abasov iştirak etmişdir.

İdmançılarımızın bu yarışda qeyri-rəsmi olaraq, ölkənin milli yığma komandası kimi deyil, Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasını təmsil edən dəvət olunmuşlar qismində iştirak etməsinə baxmayaraq, bu hadisənin xüsusi əhəmiyyətini qeyd etməmək mümkün deyil. Çünki Azərbaycanlı səmti müəyyən edən idmançılar son 25 il ərzində səmti müəyyən etmə idmanı üzrə bu kimi yüksək dərəcəli beynəlxalq yarışda ilk dəfə olaraq iştirak etmişdir. Federasiyamızın qeyd olunan bütün nümayəndələri Antalyadakı çoxgünlük yarışlarda 2 gün, xüsusilə də yarışın 1-ci günü orta məsafədə qaçışda və çempionatın 2-ci günündə sprintdə iştirak etmişlər. Bununla belə, Azərbaycanın hazırki çempionu Natalya Əliyeva özünü qadınlar üçün olan ən çətin  Q-21 (Elita) kateqoriyasında sınamışdır. Həmin kateqoriyanın mükafatı üçün regionun ən yaxşı 85 qadın idmançısı mübarizə aparmışdır. Mirəli Kazımov öz yaş kateqoriyasına görə M-35 məsafəsində çıxış etmiş, 2012-ci ilin payızından bu idman növü ilə fəal məşqul olmağa başlayan Yana Maşkova və Serqan Abasov isə Open (beynəlxalq yarışlarda iştirak təcrübəsinə malik olmayan idmançılar üçün nəzərdə tutulmuş kateqoriya) dərəcəli məsafədə iştirak etmişdirlər. Səmti müəyyən etmə idmanı üzrə həmkarlarımızı yarışlarda iştirak etdiklərinə görə təbrik edir və öz məsafəsi üzrə iki günün nəticələrinə görə 1-ci yeri tutmuş Yana Maşkovanın qazandığı nailiyyətini xüsusən qeyd edirik. Həmçinin, Federasiyanın Prezidenti Mirəli Kazımovu fərdi nailiyyəti olan, daha doğrusu yarışın iki günü üzrə M-35 kateqoriyasının bütün iştirakçıları arasında tutduğu 4-cü yer münasibətilə ürəkdən təbrik edirik.

Bundan əlavə, yarışda iştirak çərçivəsində, AR SMEİF Prezidenti M. Kazımov istər Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının (BSMEF), istərsə də müxtəlif ölkələrin milli federasiya nümayəndələri ilə çoxsaylı görüşlər keçirmişdir. Xüsusilə də, BSMEF-in Vitse-prezidenti Astrid Valer Kas son bir il yarım ərzində Azərbaycan səmti müəyyən etmə idmanında baş vermiş dəyişiklikləri yüksək qiymətləndirmişdir. Xanım Kas BSMEF-in rəhbərliyinin Beynəlxalq Federasiyanın Rəyasət heyətinin iclaslarından birinin Bakı şəhərində keçirilməsi perspektivi ilə maraqlandığını qeyd etmişdir. Həmçinin AR SMEİF –in Prezidenti BSMEİF-in yüksək dərəcəli fəalları ilə, xüsusilə də Avropa ölkələri üzrə Departamentin Sədri Sercio Qrifoni (yaxın zamanlaradək İtaliya SMEİF-in Prezidenti olmuşdur) və Latın Amerika qitəsinin ölkələri üzrə Departamentin Sədri Jose Angel Nieto Poblete (eyni zamanda İspaniya SMEİF-in vitse-prezidentidir) ilə də görüşmüşdür. Görüş zamanı Azərbaycan ərazisində keçirilən yarışlarda türk idmançılarının iştirakı, eləcə də Azərbaycanda məsafələrin düzülüşü üzrə milli nəzarətçi-inspektorların, həmçinin elektron qeyd olunma sisteminin tətbiqi ilə yarışların keçirilməsi üçün milli hakimlərin hazırlanması məqsədilə Türkiyəli həmkarlarımızın treninqlərin keçirilməsində köməyin göstərilməsi barədə Türkiyə SMEF-in Prezidenti T. Çolakoğlu ilə razılıqlar əldə olunmuşdur.

Qeyd etmək lazımdır ki, iki günün nəticələri üzrə qalib və mükafatçıların təltifi mərasimində M. Kazımova Azərbaycan idmanının nümayəndəsi kimi bu çempionatın ən güclü idmançılarına mükafatların təqdim edilməsi kimi fəxri hüquq verilmişdir. Bu isə Azərbaycanın beynəlxalq arenada olan nüfuzunun aydın sübutu olmuşdur.

Azərbaycanda səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və inkişafı perspektivləri haqqında məsələ yarışa ev sahibliyi edən Türkiyə SMEF-in Prezidenti T.Çolakoğlunun, Manavqat şəhərinin meri Ş.Sezen və Side şəhərinin meri A.Kadir Uçarın adından rəsmi şəxslərin - BSMEF nümayəndələrinin və çempionatın iştirakçılarının şərəfinə verilmiş ziyafətdə də müzakirə edilmişdir. Cari ilin may ayında Azərbaycanda keçiriləcək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq Kubok yarışının hazırlığı kontekstində, AR SMEİF-in Prezidenti M.Kazımov Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin böyük rolu, eləcə də ölkənin Prezidenti İ. Əliyev tərəfindən kütləvi və peşəkar idmanın inkişafına ayırdığı diqqəti barədə ətraflı məlumat vermişdir. Qeyd etmək lazımdır ki, M.Kazımovun xarici idmançıları 10-12 may 2013-cü il tarixlərində Nabranda (Yalama qəs.) AR Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Vergilər Nazirliyinin dəstəyi ilə keçiriləcək Heydər Əliyev adına Kubok yarışında iştirak etmək üçün dəvət etməsi görüş iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Hakimlər briqadasının işində isə Türkiyə, Ukrayna və Rusiyadan təşrif buyuracaq mütəxəssislər iştirak edəcəkdir. (foto arxiv)

 

SMEİF