Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Beynəlxalq yarışda növbət medal

 

      Qardaş Türkiyə Respublikasında ənənəvi olaraq keçirilən Antalya O Days in 2016-ci il üçün nəzərdə tutulmuş yarış proqramı bugün başa çatdı. 4 gün davam edən gərgin yarışmada, orta, uzun və sprint yarışmaları keçirildi. Yarışın bir özəlliyi də dünya reytinq xalı verməsi idi (WRE).

 

     Ölkəmizi Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, federasiaymızın rəyasət heyəti, milli komandamızın üzvü Xəyyəm Məmmədov təmsil edirdi.

 

     İlk günün orta məsafə yarışında gümüş medalı qazanan idmançımız 4 gün mübarizliklə gücünü sərgiləyərək digər yarışmaların da öhdəsindən uğurla gələrək, yekunda öz kateqoriyasında 29 yarışçı arasında 5-ci yerdə mövqeyını qərarlaşdırdı.

 

      Beynəlxalq səviyəli yarışdan artıq ölkəmizə ikinci medalı gətirən Xəyyam Məmmədovu ürəkdən təbrik edirik.

 

SMEİF