Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Azərbaycan SME İdman Federasiyası Avropa İşçi Qrupuna daxil oldu


        Finlandiyanın Vuokatti şəhərində dünya çempionatı ilə bərabər Avropa Səmti Müəyyən Etmə Federasiyasının toplantısı keçirilib. İclasda bu idman növünün daha da populyarlaşması, müxtəlif yaş qrupları arasında təbliğat işləri gücləndirilməsi istiqamətində müzakirələr aparılmaqla yanaşı bir çox məsələlərə aydınlıq gətirilib. Sevindirici haldır ki, səs vermə nəticəsində Azərbaycan Avropa İşçi Qrupuna (EWG) daxil olub. Qeyd edək ki, Azərbaycan AİQ-ə daxil olmuş 40-cı ölkədir.

     Azərbaycan səmti müəyyən Etmə İdman Federasiyasının nümayəndələri 2014-cü ildə avropa və dünya çempionatlarını ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasına yazılı sürətdə müraciət edəcək.

       Əlavə edək ki, hər zaman idmançılarımıza öz dəstəyini əsirgəməyən Aztv və İdman Azərbaycan telekanalları bu dəfə də öz ənənəsinə sadiq qalıb. Belə ki, İdman Azərbaycan telekanalının Finlandiyanın Vuokatti şəhərinə ezam olunmuş xüsusi müxbiri Bəylər Mirzəyev idmançılarımızın yarışdakı iştiraklarını işıqlandırır. foto arxiv

 

SMEİF