Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

Azərbaycan idmançıları Türkiyəyə yollanıblar

 

       Xəbər verdiyimiz kimi 26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində səmti müəyyən etmə idman növü üzrə “Antalya O Days” turniri keçiriləcəkdir. Artıq sözügedən yarışda iştirak etmək üçün AR Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın idarə heyətinin üzvü Xəyyam Məmmədov ilə yanaşı milli komandanın üzvlər və eləcə də həvəskar idmançılar Türkiyəyə yola düşüblər.

       Orta, uzun məsafələr  və eləcə də sprint üzrə keçiriləcək yarışlarda Şəhriyar İsmayılov, Süleyman Əliyev, Vladislav Tuzov, Emin Məmmədov, Ramin Əliyev, Serqan Abasov, Sergey Telegin, Günay Həmdullayeva və Leyla qüvvələrini sınayacaqlar.

      Yarışa qatılmış bütün idmançılara uğurlar arzulayırıq.

 

SMEİF