Federasiyanın yeni web səhifəsi hazırlandığı üçün hal-hazırkı saytımızda kifayət qədər məlumat yerləşdirilməyib. Tel:(+99455) 275 17 15, E-mail: azeorienteering@gmail.com.
 
 
 

 Xaçmazda ölkə çempionatı keçiriləcək

 

     Oktyabr ayının 6-7-si Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolağında səmti müəyyənetmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçiriləcəkdir. İki gün davam edəcək    yarışda idmançılar uzun və orta məsafə üzrə yarışda qüvvələrini sınayacaqlar. 

   

      Təxminən 150 nəfərdən çox idmançının qatılacağı ardını oxu...

 

 

 

 Türkiyədə Heydər Əliyevin xatirəsinə kubok yarışı keçirilmişdir

 

     İyun ayının 2-si Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının və Türkiyənin Oryentirinq Federasiyasının birgə təşkilatçılığı ilə Ankarada səmti müəyyənetmə idman növü üzrə Heydər Əliyev Kuboku yarışı keçirilib.

 

     Yarış iştirakçıları əvvəlcə Ankaradakı Heydər Əliyev Parkına ardını oxu...

 

 

Beynəlxalq Kubok yarışına yekun vurulmuşdur

 

      Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi, “Bella Pizza”,  “Huawei”, “Komtel” və “Badamlı” şirkətlərinin sponsorluğu ilə may ayının 25-27-si tarixlərində Bakı, Şabran və Xaçmaz rayonlarında səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 5-ci Beynəlxalq Kubok yarışı keçirilmişdir.

 

      Azərbaycan, Ukrayna, Türkiyə, İran, Rusiya, Gürcüstan, Belçika, Norveç, Xorvatiya, İsrail, Moldova, Çin  ardını oxu...

 

 

Sevda Verdiyeva ölkəmizə qızıl medal qazandırdı

 

      Fevral ayının 1-4-ü tarixlərində Türkiyənin Antalya şəhərində səmti müəyyənetmə idman növü üzrə “Uluslararası Finike Oryantiring Günleri” adlı beynəlxalq yarış keçirilmişdir. Yarışa qatılan idmançılarımız orta, uzun və sprint məsafələri üzrə qüvvələrini sınadılar.

 

    Qeyd olunan yarışda milli komandamızın üzvü və eləcə də Fövqəladə Hallar Nazirliyinin ardını oxu...

 

 

İdmançılarımız Türkiyədə medallar uğrunda mübarizə aparacaq

 

     Fevral ayının 1-4-ü tarixlərində Türkiyənin Antalya şəhərində səmti müəyyənetmə idman növü üzrə “Uluslararası Finike Oryantiring Günleri” adlı yarış keçiriləcək.

 

    Ölkəmizi beynəlxalq yarışda M21A kateqoriyasında Süleyman Əliyev və Vladislav Tuzov, W21A kateqoriyasında Nataliya Şiyanova və Sevda Verdiyeva ardını oxu...

 

 

 

"Winter O Cup" turnirindən iki medal

      Yanvar ayının 26-30-u tarixlərində Türkiyənin İstanbul şəhərində səmti müəyyənetmə idman növü üzrə "Winter O Cup" adlı turnir təşkil edilmişdir. Ölkəmizi bu yarışda W35 kateqoriyasında Rəna Abaszadə və M40 kateqoriyasında Xəyyam Məmmədov təmsil etmişdir. 

 

    Rusiya, Belarus, Moldova, Bolqarıstan, Ukrayna kimi ölkələrin də idmançılarının qatıldığı yarış idmançılarımız üçün uğurlu  ardını oxu...

 

 

 

Antalya O Days” turniri başa çatdı

 

       Hər il olduğu kimi bu il də Türkiyənin Antalya şəhərində səmti müəyyənetmə üzrə “Antalya O Days” turniri təşkil edilmişdir. Fevral ayının 22-26-sı tarixlərində keçirilən yarışda ölkəmizi dörd idmançı təmsil edib. Belə ki, orta, uzun və sprint üzrə təşkil edilmiş yarışda idmançılarımızdan Şəhriyar İsmayılov M21A, Süleyman Əliyev M21E, Rəna Abaszadə W35, Xəyyam Məmmədov  ardını oxu...

 

 

 

 

  Dağçılıq İdman Klubunun Açıq Çempionatı keçirildi

 

      Noyabr ayının 20-si Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilati dəstəyi ilə Quba rayonunun Amsar meşə zolağında səmti müəyyənetmə üzrə Dağçılıq İdman Klubunun növbəti açıq çempionatı keçirilib. Qarlı havada 100-ə yaxın idmançı "Elit" və "Open" kateqoriyaları üzrə mübarizə apardılar.

 

      "Elit" kateqoriyasında gərgin keçən mübarizdə kişilər arasında Süleyman Əliyev (Synergy OC) 4.7 km məsafədə  ardını oxu...

 

 

“Istanbul 5 Days” turnirində idmançılarımız uğur qazanıb

 

      Noyabr ayının 1-6-sı tarixlərində səmti müəyyən etmə idman növü üzrə Türkiyədə təşkil edilmiş “Istanbul 5 Days” turnirinə yekun vurulmuşdur. Qeyd olunan turnir Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.

 

      Belə ki, uzun, orta, klassik və sprint məsafələri üzrə 5 günün ümumi nəticəsinə görə “W35” kateqoriyasında çıxış edən Rəna Abaszadə (XDMX) və “W Open” kateqoriyasında çıxış edən Günay Həmdullayeva qızıl medal  ardını oxu...

 

 

Açıq Ölkə Çempionatına yekun vuruldu

 

      Oktyabr ayının 15-i Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçirilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən yarışda nazirlik, idarə, təşkilat, güc strukturları ardını oxu...

 

 

 

 

Fövqəladə Hallar Nazirliyinin növbəti yarışı keçirilmişdir

 

      Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 21-23 sentyabr 2016-cı il tarixlərində Qəbələ şəhərində səmti müəyyənetmə idman növü üzrə nazirliyin qurumları arasında IV çempionat keçirilmişdir.

     

      Nazirliyin 23 qurumundan 23 komanda olmaqla 95 kişi və 3 qadın idmançının qatıldığı yarış marqlı idman mübarizə şəraitində keçmişdir. Belə ki, təşkil olunmuş yarışda uzun məsafə üzrə ardını oxu...

 

 

Azərbaycanlı idmançılar üçün Ukraynada təlim

 

 

 

      

    2017-ci ilin iyun ayında Ukraynanın Çerniqov Dövlət Texniki Universitetinin bazasında (Çerniqov şəhəri, Kiyevdən 120 km məsafədə) səmti müəyyənetmə və idman turizmi ilə məşğul olan Azərbaycanlı gənclər üçün gənclər-idman düşərgəsi təşkil olunacaqdır.

 

      Müddəti 2 həftə nəzərdə tutulan düşərgəyə 16 yaşdan yuxarı Azərbaycanlı gənclər dəvət olunur. Azərbaycandan qatılacaq iştirakçıların sayı 15-dən 26 nəfərə qədər ola bilər.   ardını oxu...

 

 

 

Multikultiralist gənclər səmti müəyyən etdilər

      İyul ayının 25-30 tarixlərində “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirilməsi məqsədilə ənənəvi “SAY” (Support of Azerbaijan Youth) hərəkatının təşkil etdiyi “Multikulturalizm” layihəsi başa çatmışıdr.       

 

     Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İsmayıllı rayonun Xanagah kəndinə yaxın meşə massivində təşkil olunan düşərgədə gənclər kamp şəraitində ardını oxu...

 

Ağıl, sürət, cəsarət

 

   Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən "Ağıl, sürət, cəsarət" adlı video çarx təqdim olunmuşdur. Belə ki, çarxın çəkilməsində əsas məqsəd səmti müəyyənetmə idman növünün Azərbaycanda daha da tanınmasına istiqamətlənmişdir.

 

      Çarxda bu idman növünə aid olan bacarıqlar: xəritəni oxumaq, kompasdan düzgün istifadə etmək, çətinlikdən qorxmamaq, tez bir zamanda qərar qəbul etməyi əks etdirilmişdir.  ardını oxu...

 

 

Ümummilli Liderin xatirəsinə həsr olunmuş kubok yarışı keçirildi

 

     May ayının 29-u Dənizkanarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyənetmə üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçirildi. Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyənetmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatıldı.  ardını oxu...

 

 

 

 

Beynəlxalq səmti müəyyən etmə günü münasibətilə yarış təşkil olundu

 

          May ayının 11-i “Beynəlxalq səmti müəyyənetmə günü” münasibətilə  dünyanın 71 ölkəsinin 2000-dən artıq məntəqəsində yarışlar təşkil edilmişdir. Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşəbbüsü ilə təşkil edilmiş yarışların əsas məqsədi bütün dünyada eyni gündə 250000 nəfərdən çox idmançının start etməsilə yeni dünya rekordunun müəyyən edilməsi və eləcə də bu idman növünün gələcəkdə Olimpiya Oyunları sırasına daxil olmağı hədəflədiyini göstərilməsi idi.  ardını oxu...

 

 

Beynəlxalq yarışda növbəti medal

 

      Qardaş Türkiyə Respublikasında ənənəvi olaraq keçirilən Antalya O Days in 2016-ci il üçün nəzərdə tutulmuş yarış proqramı bugün başa çatdı. 4 gün davam edən gərgin yarışmada, orta, uzun və sprint yarışmaları keçirildi. Yarışın bir özəlliyi də dünya reytinq xalı verməsi idi (WRE).

 

     Ölkəmizi Xüsusi Dövlət Mühafizə  ardını oxu...

 

 

 

 

Federasiya diplomla təltif olundu

 

      Dekabr ayının 23-ü Beynəlxalq Muğam Mərkəzində "İRƏLİ" İctimai Birliyinin 7 il münasibəti ilə 2014-2015-ci illər üzrə fəaliyyətinin hesabatının ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbiri təşkil edilmişdir. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatları, idman federasiyaları və media mənsubları iştirak etmişlər.

 

      Qeyd olunan tədbirdə, Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası ölkəmizdə aparılan dövlət  ardını oxu...

 

 

Dağçılıq İdman Klubunun Açıq Birinciliyinə yekun vuruldu

 

 

      Noyabr ayının 29-u Səmti Müəyyənetmə İdman Federasiyasının dəstəyi ilə Dağçılıq İdman Klubunun səmti müəyyənetmə üzrə Açıq Birinciliyi keçirilmişdir.

 

      Belə ki, Dağçılıq İdman Klubunun sədri Tərlan Ramazanov iştirakçıları salamladıqdan sonra Qubanın Amsar kəndi yaxınlığındakı ərazinin meşə zolağında K21 və Q21 kateqoriyaları  ardını oxu...

 

 

 

SSRİ idman ustası ilə görüş keçirilib

 

      Noyabr ayının 27-si Səmti Müəyyənetmə Federasiyasının baş ofisində Federasiya prezidentinin də iştirakı ilə 6 qat SSRİ çempionu, Rusiya Roqein İdman Federasiyasının (Russian Rogaining Federation) prezidenti Simakin Sergey Mixayloviç ilə görüş keçirildi.

 

      Görüş zamanı səmimi həmsöhbət olan SSRİ səmti müəyyənetməsinin canlı ensiklopediyası olan Simakin əvvəlcə öz xatirələrini bölüşdü. Daha sonra öz iş və Federasiyadakı fəaliyyəti ilə yanaşı səmti müəyyənetmə idman növləri sırasına daxil olan Rogein  ardını oxu...

 

 

Açıq Ölkə Çempionatına yekun vuruldu

 

 

      Şabran və Xaçmaz rayonlarında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatına yekun vurulmuşdur. İki gün davam yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla  ardını oxu...

 

 

 

 

Azərbaycanlı idmançılar “Istanbul 5 days” turnirində

 

      Oktyabr ayının 27-31 tarixləri arasında Türkiyənin İstanbul şəhərində səmti müəyyən etmə idman növü üzrə ənənə halını almış beynəlxalq “Istanbul 5 days” yarışı keçiriləcəkdir. Sözügedən yarışda iştirak etmək üçün federasiyamızın idarə heyətinin üzvü Xəyyam Məmmədovun başçılığı altında milli komandanın üzvləri Şəhriyar İsmayılov (Neftçi İK), Süleyman Əliyev (Synergy OC) və həvəskar idmançı Günay Həmdullayeva (Bakı Azimutu) bu gün Türkiyəyə yola düşmüşlər.

 

      Digər 3 idmançımız Sergey Telegin, Nataliya Şiyanova  ardını oxu...

 
 

 

 

 

Səhifə              

 
 
 

SMEİF